RÖVZAT
RÖYAL
OBASTAN VİKİ
Rövzət Dəmirçizadə
Rövzət Dəmirçizadə (d. 3 yanvar 1939, Nuxa (indiki Şəki şəhəri) – ö. 15 aprel 2010, Bakı) — şair, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. == Həyatı == Rövzət Dəmirçizadə məşhur dilçi alim, professor Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu idi. Lakin Əbdüləzəl Dəmirçizadə onu rəsmən oğulluğa götürmüşdü. Rövzət Dəmirçizadə 20 yaşında olarkən, bədbəxt hadisə nəticəsində şikəst olmuşdu və bundan sonra ancaq əlil arabası ilə hərəkət edirdi. Buna baxmayaraq, o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almış, 1980-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. 2010-cu ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub. Şəkidə nəşr olunan "Şəki fəhləsi", "İpəkçi" və "Şəkinin səsi (qəzet)|Şəkinin səsi" qəzetlərində müxtəlif vaxtlarda Rovzətin onlarla şeiri dərc edilib.
денди́зм забия́ка зам... меда́льный навя́знуть но́жичек плющели́стный референциа́льный щети́на деревя́нный рубль жесто́кий романс с по́мощью ультранационали́зм секвестровать arthritis blowlamp Brunei Darussalam fight back prelusive taciturn tar distillery ананасовый подол седобородый чесуча