Rövzət Dəmirçizadə

Rövzət Dəmirçizadə (d. 3 yanvar 1939, Nuxa (indiki Şəki şəhəri) – ö. 15 aprel 2010, Bakı) — şair, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Rövzət
Rövzət Əzəl oğlu Dəmirçizadə
Doğum tarixi
Doğum yeri Nuxa, Azərbaycan SSR
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Atası prof. Əbdüləzəl Dəmirçizadə
Təhsili Ali
Fəaliyyəti şair

Rövzət Dəmirçizadə məşhur dilçi alim, professor Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu idi. Lakin Əbdüləzəl Dəmirçizadə onu rəsmən oğulluğa götürmüşdü.

Rövzət Dəmirçizadə 20 yaşında olarkən, bədbəxt hadisə nəticəsində şikəst olmuşdu və bundan sonra ancaq əlil arabası ilə hərəkət edirdi. Buna baxmayaraq, o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almış, 1980-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir.

2010-cu ildə Bakıda vəfat etmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub.

Şəkidə nəşr olunan "Şəki fəhləsi", "İpəkçi" və "Şəkinin səsi (qəzet)|Şəkinin səsi" qəzetlərində müxtəlif vaxtlarda Rovzətin onlarla şeiri dərc edilib.

  1. Qatarda (1968);
  2. Tut ağacım (1971);
  3. Səhər duyğuları (1974);
  4. Səslər (1978);
  5. Çörək ətri (1981);
  6. Ürəyimdə yaşayanlar (1986);
  7. Arzu gülü (1990);
  8. Dünyaya və özümə bir baxış (2008).
  1. "Şair Rövzət vəfat etdi". 2021-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]