SABUTA

Göyərçin.

Müqayisə et: kəbutər (göyərçin).

Gördü ki, burada o qədər ahu, sabuta var ki, gəl görəsən. (“Leyli və Məcnun”)

RÜCAH
SADAĞA
OBASTAN VİKİ
Sabutay bahadur
Sabutay bahadur (Monqolca: Сүбээдэй / Sübe'edei, Sübütei, Farsca: سوبداى بهادر Sūbdā'ī bahādur, Çincə: 速不台 ya da 速別額台; təq. 1175, Burxan Xaldun dağı – 1248), Çingiz xan və Ügedey xanınn öndə gələn tümən bəyi idi. Türk əsillidir. Sabutayın dəqiq doğum tarixi bəlli olmasa da, onun təxminən 1176-cı ildə müasir Monqolustan sərhədlərində yerləşən Urianxay bölgəsində anadan olduğu təxmin edilir. Atasının adı Suri Bahadur, anasının adı Höelün xatındır. Sabutay Urianxay tayfasından monqol əsilzadəsi olaraq doğulmuşdur. Sabutay gənc yaşlarında Çingiz xanın xidmətinə girdi. Çingiz xanın ordusunda sürətlə yüksələn Sabutay istedadlı sərkərdə olduğunu tez bir zamanda sübut etdi. Sabutay Çingiz xanın qərb səfərlərində iştirak etmiş və bir çox mühüm döyüşlərdə qələbələr qazanmışdır. Bu döyüşlərə Kalka çayı döyüşü (1223), Kiyevin mühasirəsi (1240) və Mohi döyüşü (1241) daxildir.