SALMANCA

(Ağdam, Cəbrayıl, Kürdəmir, İrəvan)
1. b a x salmanja (Ağdam, Cəbrayıl, Kürdəmir). – Salmancadan do:ğa bişirrüg (Kürdəmir); – Qızdar salmanca yığdılar (Cəbrayıl)
2. dərman bitkisi adı (İrəvan). – Ay qız, Xəccə, Badamı isdi vurubdı, bir az salmanca qaynat suyuna qızı çimdirim (İrəvan)
SALMAĞ
SALMANCADUAĞ