SAVE

save1

n 1. qapıçının şaybanı saxlaması (hokkey oyununda); 2. hücumun qarşısını alma (futbol oyununda)

save2

v 1. xilas etmək, qurtarmaq; to ~ smb. /smb.’s life bir kəsi / bir kəsin həyatını xilas etmək; to ~ smb. from drowning bir kəsi batmaqdan xilas etmək / qurtarmaq; 2. qorumaq, mühafizə etmək; to fight to ~ one’s country vətənini qorumaq üçün vuruşmaq; 3. saxlamaq, qənaət etmək, qədrini bilmək; to ~ time / labour / money vaxta / əməyə / pula qənaət etmək; 4. yığmaq, toplamaq (pul) (həm də to ~ up); to ~ (up) money pul yığmaq / toplamaq; He’s saving up money for the journey O indi səyahətə çıxmaq üçün pul yığır

save3

prep başqa, savayı, özgə; all ~ him ondan başqa / savayı hamı

SAVAGE
SAVING
OBASTAN VİKİ
Save the Children
Save the Children Fund — beynəlxalq qeyri-hökumət təşkilatı. 1919-cu ildə Birləşmiş Krallıqda yaradılmışdır və məqsədi bütün dünyada uşaqların həyatını yaxşılaşdırmağa kömək etməkdir. Təşkilat daha yaxşı təhsil imkanları, daha yaxşı səhiyyə xidməti və təkmilləşdirilmiş iqtisadi imkanlar yaratmaqla uşaqların həyatını yaxşılaşdırmaq üçün pul yığmağa kömək edir. Təşkilat Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında ümumi məşvərətçi statusa malikdir. == Mənşəyi == "Save the Children Fund" 15 aprel 1919-cu ildə İngiltərənin London şəhərində Eqlantayn Cebb və onun bacısı Doroti Bakston tərəfindən Birinci Dünya müharibəsi zamanı Almaniyanın müttəfiqlər tərəfindən blokadası zamanı və atəşkəşdən sonra Almaniya və Avstriya-Macarıstanda uşaqların aclığını azaltmaq məqsədi ilə yaradılmışdır. Birinci Dünya müharibəsinin sonunda qidasız və xəstə uşaqların təsvirləri bütün Avropada yayılmışdır. Aclıqla Mübarizə Şurası ilk olaraq 1919-cu ildə blokadaya son qoyması üçün Britaniya hökumətinə siyasi təzyiq göstərmək üçün kampaniyaya başlamışdır. 15 aprel 1919-cu ildə şuranın bəzi üzvləri oradan ayrılaraq "Save the Children Fund"ı yaratmışdılar. === İkinci Dünya müharibəsi === "Save the Children" əməkdaşları İkinci Dünya müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə ilk daxil olanlar arasında olmuşdur. Onlar keçmiş işğal olunmuş ərazilərdə qaçqın uşaqlar və köçkünlərlə, o cümlədən nasist həbs düşərgələrindən sağ çıxanlarla işləyirdilər.
God Save the King/Queen
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni, «Allah Kralı/Kraliçanı hifz elə!» (ing. God Save the King/Queen) — vətənpərvər mahnı, Böyük Britaniyanın dövlət himni, Böyük Britaniyanın vacib dövlət və ictimai tədbirlərində və hadisələrində səsləndirilir. Həmçinin Kanada, Avstraliya, Yeni Zelandiya və Millətlər Birliyinə daxil olan bir sıra ölkələrin kral himni. Britaniya kral ailəsinin himni. Norveçin kral himni (mllli himn deyil) — Kongesangen, norveç dilində oxunur; 1871-1918-ci illərdə — Almaniya İmperiyasının himni ( Q.Hariesin mətni ilə).
Eduardo Saverin
Eduardo Saverin (ing. Eduardo Saverin; 19 mart 1982, San Paulo) — dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-un qurucularından biri, amerikalı sahibkar. == İstinadlar == == Xarici keçidlər == Eduardo Saverin in Facebook Where In The World Is Eduardo Saverin?
Maksim Savelyev
Maksim Dmitriyeviç Savelyev (rus. Максим Дмитриевич Савельев; 22 yanvar 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Savelyev öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.
Mer-Savel
Mer-Savel (fr. Mayres-Savel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38224. Kommunanın 1999-cu il üçün əhalisi 107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Oleksandr Savenko
Savelevka (Xaybulla)
Savelevka kəndi (başq. Савельевка) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Savelevka kəndinin milli tərkibi: başqırdlar (55 %), ruslar (38 %) == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 32 km., kənd sovetliyindən (Podolsk): 8 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 90 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Saveli Kramarov
== Həyatı ==
Saveliy Tartakover
Saveliy Qriqoreviç Tartakover (, 21 fevral 1887, Rostov-na Danu — 4 fevral 1956, Paris)— şahmatçı, qrosmeyster (1950), XX əsrin əvvəlrində dünyanın ən güclülərindən biri. Şahmat nəzəriyyəçisi, jurnalist və yazıçı, şair və tərcüməçi. Hüquqşünas. "Hipermodernizm" termini ona məxsusdur. == Bioqrafiyası == 21 fevral 1887-ci ildə Rostov-na Danu şəhərində, Bolşaya Sadovaya küçəsi, 59 nömrəli evdə anadan olmuşdur. Atası German (Qriqori) Yakovleviç Tartakover, anası isə avstriya kökənli Natalya (Eti-Ruxli) Efimovna Tartakover idi. Ailəsi 1879-cu ildən bəri «Конкуренция» mağazasına sahib idi. Valideynləri 1911-ci il fevralın 18-nə keçən gecə öz mənzilində qarət zamanı vəhşicəsinə qətlə yetirilmişdir. 1899-1904-cü illərdə əvvəlcə Rostov-on-Don gimnaziyasını, sonra isə Cenevrədə College de Geneverədə oxudu. Eyni zamanda 1904-cü ildə Vyana Universitetinin Hüquq fakültəsində oxudu.
Savern (rayon)
Savern (fr. Saverne) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Savern. Rayon əhalisi 2006-cı ildə 91 771 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 91 nəf / km². Rayon sahəsi — 1003 km².
Sen-Saven (İzer)
Sen-Saven (fr. Saint-Savin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38455. Kommunanın 1999-cu il üçün əhalisi 2 752 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 216 ilə 403 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Rolant Saverey
Kiçik Rolant Saverey və ya Rolant Martines Saverey (nid. Roelant Savery, Roeland(t) Maertensz; 1576[…], Kortreyk[d], Qərbi Flandriya – 25 fevral 1639, Utrext) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Saverey, çox səyahət etmiş, Amsterdamda, Utrextdə, Vyanada və Praqada İmperator II Rudolfun sarayında işləmişdir. O, mifoloji səhnələri olan mənzərələri, portretləri, kənd səhnələri ilə məişət şəkillərini, çiçəklərlə natürmortları, lakin əsasən heyvanları və quşları çəkmişdir. == Həyatı == === Saverey ailəsi === Saverey ailəsinin üzvləri Avropanın müxtəlif şəhərlərində işləyirdilər. Rolantın böyük qardaşı Birinci Yakob Saverey və ya Böyük Saverey (1566–1603) bacarıqlı rəssam və qravüra ustası idi. Birinci Yakob Savereyin oğlu rəssam İkinci Yakob Savereydir (təxminən 1593-?), digər oğlu isə rəssam və qravüraçı Salomon Savereydir (1594–1665-dən sonra). Salomonun oğlu Üçüncü Yakob Saverey (1617 — təqribən 1666) həm də rəssam və ofort ustası idi. Bu ailənin bir çox başqa üzvü də sənətkar idi. Rolant Savereyin qardaşı oğlu məşhur rəssam Gillis Klas de Hondekuter idi.