Save the Children

Save the Children Fund[3] — beynəlxalq qeyri-hökumət təşkilatı. 1919-cu ildə Birləşmiş Krallıqda yaradılmışdır və məqsədi bütün dünyada uşaqların həyatını yaxşılaşdırmağa kömək etməkdir.

Save the Children
Loqonun şəkli
Növü xeyriyyə təşkilatı
Yaranma tarixi 1919[1]
Mərkəzi
Üzvləri
  • 25.000 nəf. (2023)[2]
savethechildren.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təşkilat daha yaxşı təhsil imkanları, daha yaxşı səhiyyə xidməti və təkmilləşdirilmiş iqtisadi imkanlar yaratmaqla uşaqların həyatını yaxşılaşdırmaq üçün pul yığmağa kömək edir.

Təşkilat Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında ümumi məşvərətçi statusa malikdir.

"Save the Children Fund" 15 aprel 1919-cu ildə İngiltərənin London şəhərində Eqlantayn Cebb və onun bacısı Doroti Bakston tərəfindən Birinci Dünya müharibəsi zamanı Almaniyanın müttəfiqlər tərəfindən blokadası zamanı və atəşkəşdən sonra AlmaniyaAvstriya-Macarıstanda uşaqların aclığını azaltmaq məqsədi ilə yaradılmışdır.[4]

Birinci Dünya müharibəsinin sonunda qidasız və xəstə uşaqların təsvirləri bütün Avropada yayılmışdır. Aclıqla Mübarizə Şurası ilk olaraq 1919-cu ildə blokadaya son qoyması üçün Britaniya hökumətinə siyasi təzyiq göstərmək üçün kampaniyaya başlamışdır. 15 aprel 1919-cu ildə şuranın bəzi üzvləri oradan ayrılaraq "Save the Children Fund"ı yaratmışdılar.[4]

İkinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

"Save the Children" əməkdaşları İkinci Dünya müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə ilk daxil olanlar arasında olmuşdur. Onlar keçmiş işğal olunmuş ərazilərdə qaçqın uşaqlar və köçkünlərlə, o cümlədən nasist həbs düşərgələrindən sağ çıxanlarla işləyirdilər. Eyni zamanda, Birləşmiş Krallıqda aparılan iş bombardmanlar nəticəsində viran qalmış və ailə həyatında böyük pozuntularla üzləşən şəhərlərdə böyüyən uşaqlar üçün şəraitin yaxşılaşdırılmasına yönəldilmişdir.[5]

  1. ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
  2. https://www.savethechildren.net/about-us/who-we-are.
  3. "Register Home Page". 3 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2015.
  4. 1 2 Yates, Mick. "Eglantyne Jebb". LeaderValues. 10 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2018.
  5. History Arxiv surəti 15 mart 2005 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 15 mart 2005 at the Wayback Machine. Save the Children.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]