Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoyunçuluq
Qoyunçuluq — heyvandarlığın qoyun yetişdirmə sahəsi. == Ümumi məlumat == Bu heyvanlar cütdırnaqlıların buynuzlular fəsiləsinə daxildir. Qoyunçuluq məhsulları ət, yun, pendir, körpə quzu dərisi, qoyun dərisidir.
Qoçuluq
Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq. Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi." Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir. == Mart soyqırımı və Bakı qoçuları == 1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda “Bakı və bakılılar” kitabında müəllif yazır ki: “1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil.
Azərbaycanda qoyunçuluq
Azərbaycanda qoyunçuluq — Azərbaycan Respublikası ərazisində qoyun cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. == Tarixi == Azərbaycanda qoyunçuluq qədim tarixə malikdir. Azərbaycan həm də ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınır. Azərbaycanın təbii-coğrafi şəraiti bu ərazidə maldarlığın, xüsusilə qoyunçuluğun yaranmasına və inkişafına xüsusi təsir göstərmişdir. Həmin dövrdə Azərbaycanda yaşayan qəbilələrin əkinçilik və heyvandarlıqla məşğul olmaları onların məişətində böyük dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə insanlar kollektiv şəkildə güzəran keçirsələr də heyvandarlıqda, xüsusilə ona qulluq etməkdə, bəsləməkdə əsas yeri kişilər tutmuşdur. Minilliklər boyu Azərbaycan xalqı qoyunçuluqla məşğul olmuş və ondan bol məhsul götürmüşlər. Ona görə də qoyuna həmişə qulluq göstərmiş və onun sağlam olmasına çalışmışlar. Lakin hər bir canlıda olduğu kimi, qoyunlarda da bir sıra xəstəliklər olmuş və onlar xalq tərəfindən müalicə edilmişdir. Qoyun xəstəliklərindən ən çox yayılanı qılqurd, dalaq, köpmə, öfkə, qızdırma, dabaq, qotur, gözbozarma, zəhərlənmə və s.
Azərbaycanda qoyunçuluq (film, 1982)
Azərbaycanda qoyunçuluq qısametrajlı sənədli filmi rejissor Fikrət Əliyev tərəfindən 1982-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda qoyunçuluğun inkişafına diqqətin artırılmasından, bu sahədə görülən qabaqcıl iş üsullarından söhbət açılır. == Məzmun == Filmdə Azərbaycanda qoyunçuluğun inkişafına diqqətin artırılmasından, bu sahədə görülən qabaqcıl iş üsullarından söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Arif Mustafayev, Faiq Dərgahov Rejissor: Fikrət Əliyev Operator: Elxan Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq (kitab)