Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bioloji məskunlaşma
Bioloji məskunlaşma—Müəyyən sahədə məskunlaşan bir və ya bir neçə növ bitki və heyvan orqanizmlərinin məcmusu
Məskunlaşma kolonializmi
Məskunlaşma kolonializmi və ya məskunlaşma müstəmləkəçiliyi, məskunlaşdırma müstəmləkəçiliyi — kolonialistlərin mövcud cəmiyyəti daimi olaraq kolonialistlərin cəmiyyəti ilə əvəz etmək üçün əraziyə hücum və işğal etməsi ilə baş tutan kolonializm növü. Məskunlaşma kolonializmi adətən imperiya hakimiyyəti tərəfindən təşkil edilən və ya dəstəklənən, məskunlaşma kolonializmi vasitəsilə ərazi ilə əlaqə və ya nəzarəti saxlayan ekzogen hökmranlığın bir formasıdır. Məskunlaşma kolonializmi istismar kolonializmi ilə ziddiyyət təşkil edir. Bu tip kolonializm əhalisini ucuz və ya pulsuz işçi qüvvəsi kimi, təbii sərvətlərini isə xammal kimi istismar etmək üçün əraziləri fəth etmək kimi iqtisadi siyasətdən ibarətdir. Bu istiqamətdə məskunlaşma kolonializmi nadir hallarda baş verən tam evakuasiya və ya məskunlaşma dekolonizasiyası istisna olmaqla qeyri-müəyyən müddətə davam edir. Məskunlaşma kolonializmi XVI–XX əsrlərdə Avropa güclərinin kolonial imperiyalarında xüsusilə qabarıq idi. Burların Cənubi Afrikada məskunlaşması, britaniyalı, fransız, portuqal və ispanların Amerikada genişlənməsi, eləcə də Kanar adalarının Kastiliya tərəfindən məskunlaşdırılması məskunlaşma kolonializminin klassik nümunələridir. Adhikari, Mohamed (2021). Civilian-Driven Violence and the Genocide of Indigenous Peoples in Settler Societies. Routledge.
Azərbaycanlıların tarixi məskunlaşma əraziləri
Azərbaycanlıların tarixi məskunlaşma əraziləri — azərbaycanlıların Qafqazda və Orta Şərqdə tarixən yaşadığı ərazilər. Hal-hazırda azərbaycanlılar əsas olaraq Azərbaycan Respublikasında, İranda (Cənubi Azərbaycan), Qafqazda (Borçalı və Dağıstan) və Türkiyədə (İğdır və Qars illəri) yaşayırlar. Azərbaycan geomədəni regionunda Azərbaycan mədəniyyəti (Memarlıq, təsviri sənət, kino, mətbəx, milli rəqslər, milli geyimlər, ədəbiyyat, musiqi, mifologiya və teatr sənəti) və dili (Əlifba, orfoqrafiya və dialektlər) inkişaf etmişdir. Azərbaycanlılar Azərbaycan əhalisinin əksəriyyətini təşkil edir. The World Factbook təşkilatının verdiyi məlumata görə 1999-cu ildə Azərbaycan əhalisinin 90.6%-i azərbaycanlılardan ibarət idi. 2009-cu ildə keçirilən Azərbaycan əhalisinin siyahıyaalınmasına əsasən Azərbaycan Respublikasında 8,172,809 azərbaycanlı (ölkə əhalisinin 91.6%-i) yaşayırdı. İran azərbaycanlıları və ya cənubi azərbaycanlılar İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılardır. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15–35 milyon arasındadır, bu isə İran əhalisinin 18%–50%-ni təşkil edir. 1957-ci ildə Moskvada nəşr edilmiş "Ön Asiya xalqları" kitabında 1956-cı il üçün verilən ehtimala əsasən "bütün İranda təxminən 4,000,000 nəfərədək etnik azərbaycanlı yaşayırdı." Bundan əlavə tayfa bölgüsünü saxlamış, köçəri və yarım köçəri həyat sürən və dil həmçinin mədəniyyət baxımından azərbaycanlılara yaxın olan tayfalara mənsub əhalinin sayı isə təxminən 700,000 nəfər (400,000 əfşar, 180,000 şahsevən, 75,000 qaradağlı 25,000 qacar və 20,000 qarapapaq) idi. İran azərbaycanlıları əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar.