Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edər. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Travmatik çəkilmə sindromu
Travmatik çəkilmə sindromu (isv. uppgivenhetssyndrom) Vətənlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə uşaq və böyüklər yatmaq üçün yataqlarına uzanırlar və yataqdan qalxa bilmirlər. Bu sindromlu insanlar hərəkət edə, yeyə, içə, danışa və ya cavab verə bilmirlər. Dünyanın yalnız müəyyən yerlərində yaranan travmatik çəkilmə sindromunun arxasındakı həqiqət tam olaraq bilinmir. Bu sindromlu insanların ümumi ortaq bir cəhəti var. Sindroma tutulan şəxslər zorakılıqla köç etmək məcburiyyətində qalan və bu səbəbdən travma görmüş immiqrantlardır. Onların əksəriyyəti keçmiş SSRİ və Yuqoslaviya ölkələrindən gələrək İsveçə yerləşənlər olub. Ailələri deportasiya edilməklə hədələndiyi zaman bu insanlar komaya girirlər. Sindromdan qurtulmağın yeganə yolu, immiqrantların İsveçdə qalmasına icazə vermək üçün yaşayış icazəsi qərarıdır. Yaşayış icazəsi alan ailələr, uşaqlarına yaşayış icazəsi ilə birlikdə gələn məktubu oxuduqlarında uşaqlar tədricən oyanmaya başlayır.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.
Qabarma və çəkilmə elektrik stansiyası
Qabarma və çəkilmə elektrik stansiyası(Q və ÇES) - Dəniz və okean suyunun qabarma və çəkilmə enerjisini elektrik enerjisinə çevirən qurğu (obyekt) - qabarma və çəkilmə elektrik stansiyası adlanır.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.