Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lillənmə
Alkilləşmə prosesləri
Alkilləşmə prosesi — üzvi maddələrin və bəzi qeyri-üzvi maddələrin molekullarına alkil qruplarının daxil edilməsi adlanır. Bu reaksiya çox böyük praktiki əhəmiyyətə malikdir. belə ki, onun əsasında alkilaromatik birləşmələr, izoparafinlər, çoxlu sayda merkaptanlar və sulfidlər, aminlər, element- və metal üzvi birləşmələr və s. alınır. Çox vaxt alkilləşmə prosesi monomerlərin, yuyucu maddələrin istehsalında aralıq mərhələ kimi istifadə olunur. == Təsnifi == Alkilləşmə proseslərini yeni yaranan əlaqələrin növünə görə təsnif etmək daha əlverişlidir: — karbon atomuna görə alkilləşmə; — oksigen və kükürd atomlarına görə alkilləşmə; — azot atomuna görə alkilləşmə; — digər elemetlərin (Si-, Pb-, Al- alkilləşməsi) atomlarına görə alkilləşmə. === Karbon atomuna görə alkilləşmə === Karbon atomuna görə alkilləşmədə karbon atomu ilə əlaqəli olan hidrogen atomu alkil radikalı ilə əvəz olunur: CnH2n+2 + CmH2m → Cn+mH2(n+m+1) ArH+ RCl → ArR + HCl === Oksigen və kükürd atomlarına görə alkilləşmə === Oksigen və kükürd atomlarına görə alkilləşmə zamanı alkil radikalı oksigen və ya kükürd atomu ilə əlaqələnir: ArOH + RCl → ArOR + NaCl + H2O NaSH + RCl → RSH + NaCl === Azot atomuna görə alkilləşmə === Azot atomuna görə alkilləşmə zamanı ammoniakda və ya aminlərdə azot atomu ilə əlaqələnmiş hidrogen atomları alkil qrupları ilə əvəz olunur. bu, aminlərin sintezinin ən əhəmiyyətli metodlarından biridir: ROH + NH3 → RNH2 + H2O === Digər elemetlərin (Si-, Pb-, Al- alkilləşməsi) atomlarına görə alkilləşmə === Si-, Pb-, Al- və digər elementlərə nəzərən alkilləşmə element- və metalüzvi birləşmələrin alınmasının əlverişli yollarından biridir: 2RCl + Si → R2SiCl2 4C2H5Cl + 4PbNa → Pb(C2H5)4 + 4NaCl + 3Pb 3C3H6 + Al + 1.5H2 → Al(C3H7)3 == Alkilləşdirici agent == Alkilləşdirici agent kimi olefinlər və asetilen, xlorlu törəmələr, spirtlər, sadə və mürəkkəb efirlər istifadə edilir.