SEE

v 1. görmək; to ~ well / poorly yaxşı / pis görmək; Cats see well at night Pişiklər gecə yaxşı görürlər; I’ve never seen such rudeness Mən heç vaxt belə kobudluq görməmişəm; to ~ smth. with one’s own eyes bir şeyi öz gözləri ilə görmək; 2. baxmaq; See page four Dördüncü səhifəyə bax / baxın; 3. təsəvvür etmək: I can’t see you old Mən səni / sizi qoca təsəvvür edə bilmirəm; 4. başa düşmək, dərk etmək; fikirləşmək; to ~ a joke / the meaning zarafatı / menanı başa düşmək; He can’t see a joke O, zarafatı başa düşmür; I see Başa düşürəm’ Aydındır! to ~ about smth bir şey haqqında fikirləşmək; 5. göz qoymaq / yetirmək; nəzarət etmək; məşğul olmaq; to ~ to smth. /to smb. bir şeyə / bir kəsə nəzarət etmək / göz qoymaq bir şeyə / bir kəsə göz yetirmək; to ~ to the children uşaqlara göz qoymaq / yetirmək/ nəzarət etmək; We’ll see to everything Biz hər şeyə göz qoyacağıq; I’ll see to it Mən hununla məşğul olacam; to ~ after smb. /smth bir kəsə / şeyə qulluq etmək; bir kəsin / şeyin qeydinə qalmaq; to ~ after one’s own interests öz maraqlarının qeydinə qalmaq; 6. ötürmək; to ~ smb. to some place bir kəsi bir yerə ötürmək; to ~ smb. home bir kəsi evə ötürmək; to ~ off yola salmaq, ötürmək; I want somebody to see me off Mən istəyirəm ki, kimsə məni ötürsün; 7. öyrənmək, başa düşmək; to ~ into smth. bir şeyi öyrənmək / başa düşmək / anlamaq; to ~ into a matter məsələni öyrənmək; 8. baş çəkmək; to ~ smb. bir kəsə baş çəkmək; to ~ out yola salmaq, ötürmək (qapıya, çıxışa qədər)

SEDUCTIVE
SEE-SAW
OBASTAN VİKİ
Who See
Who See — Monteneqronu 2013 Avroviziya Mahnı Müsabiqəsində "Igranka" mahnısı ilə təmsil etmiş hip-hop qrupu.
I Look I See
I Look I See — Yusuf İslamın 2003-cü ildı çıxardığı albom.
Suck It and See
Suck It and See — ingilis rok qrupu Arctic Monkeys-in Domino Recording Company tərəfindən 6 iyun 2011-ci il tarixində buraxılan dördüncü studiya albomu. Albom 2011-ci ilin əvvəllərində Los-Ancelesdə yerləşən Sound City Studios-da qrupun yaxın əməkdaşı prodüser Ceyms Ford ilə yazılıb. Musiqi baxımından Suck It and See, qrupun əvvəlki qaranlıq, sərt riffli işi Humbug-dan fərqlidir, albomda gitaralı pop və psixodelik pop trekləri təqdim olunur. Albomun adı "sınayın" mənasını gələn ingilis sözündən gəlir, bu ad ABŞ-də pis başa düşüldü və sonradan bəzi yerlərdə senzuraya məruz qaldı. Mağazalarda albomun adının üzərini örtməli oldular. Buraxıldıqdan sonra albom müxtəlif sinqllarla tanıtıldı, BK Albomlar hit-paradında birinci oldu və ölkədə platin sertifikatı qazandı. Albom ümumiyyətlə musiqi tənqidçilərindən müsbət rəylər aldı və bir çoxları onu əvvəlkindən daha yaxşı adlandırdı. Tənqidçilər qrupun üslub dəyişikliyini yüksək qiymətləndirdilər. == Səsyazmalar == Arctic Monkeys albomu 2010-cu ildə yazdı, solisti Aleks Törner mahnıların əksəriyyətini Nyu-Yorkda yazdı və Metro jurnalına dedi: "Yeni albomun çoxunu Nyu-Yorkda yaşayarkən yazdım və həmişəkindən daha çox ingilis dilində danışıq dilindən istifadə etdim.” Səsyazma 2011-ci ilin yanvar-fevral aylarında beş həftə ərzində prodüser Ceyms Fordla Los-Ancelesdə, Kaliforniyada Sound City Studios-da aparıldı. Törner albomun çoxunu studiyada canlı olaraq lentə alındığını bildirdi.
You Should See Me in a Crown
"You Should See Me in a Crown" — amerikalı müğənni Billi Aylişin mahnısı. İlk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"dan birinci sinql kimi buraxılıb. Mahnı 18 iyul 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı ABŞ, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə hit-paradlara daxil olub.
If You Could See Me Now (The Script mahnısı)
"If You Could See Me Now" mahnısı — The Script rok qrupunun indiyə kimi həm #3 albomundan, həm də ümumiyyətlə çıxardığı ilk və tək "Hip hop" tərzində olan trekidir. Bu mahnı qrupun solisti Danny O'Donoghuenin atası Shay O'Donoghue xatirəsinə həsr olunmuşdur. Mahnının ərsəyə gəlməsində demək olar ki, Danny O'Donoghue özü iştirak etmişdir. Yalnız bir sıra yerlərində gitarist Mark Sheehan və digər bəstəkarlar düzəlişlər etmişdir. Mahnıda ən yadda qalan və təsir edici hissəsi isə "The roses came, but they took you away" yəni tərcümədə mənası "Güllər gəldi, amma onlar səni uzaqlaşdırdı" deməkdir. Bu hissə isə əbəs yerə işlədilməyib. Çünki Denninin atası məhz 14 Fevralda — Sevgililər günündə dünyasını dəyişmişdir. Məhz bu hadisə bu günə təsadüf etdiyi üçün o, bunu beləcə əlaqələndirib. Mahnının klipi 18 fevral 2013 tarixində çəkilmişdir. Hazırda klipin baxış sayı 20 milyondan çoxdur.
Brickellia seemannii
Brickellia seemannii (lat. Brickellia seemannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Erigeron seemannii
Erigeron seemannii (lat. Erigeron seemannii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Europe Sees Syria
Europe Sees Syria (azərb. Avropa Suriyanı Görür‎) — Aylan Kürdinin ölümündən sonra Şotlandiyanın Qlazqo şəhərində yaranmış beynəlxalq fəal hərəkat. Hərəkat qaçqınlara yardım etmək üçün kampaniya aparır. Hərəkat Aleksis Sterns, Fuad Ələkbərov, Meri Kler Leysi, Adam Sterns, Coşua Braun, Şirli Ellen Kleyn və Mişa Streybelt tərəfindən yaradılmışdır. == Yaranma tarixi və tədbirlər == Hərəkat 2015-ci il 12 sentyabrda dünyanın 40 şəhərində iki milyondan çox adamın mühacirlərə kömək etməsində böyük rol oynayıb. == Təsiri == Qlazqonun Sent-Meri kafedralında "Qlazqo Suriyanı Duyur" musiqi tədbiri keçirilib.
Mikania seemannii
Mikania seemannii (lat. Mikania seemannii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Nick Cave and the Bad Seeds
Nick Cave and the Bad Seeds Melburn şəhərində əsas ifaçı Nick Cave,multi instrumetalist Mick Harvey və gitarist Blixa Bargeld tərəfindən qurulan alternativ rok qrupudur.Qrup indiyə qədər 15 studia albumu buraxmış və bir çox sayda beynəlxalq qastrollarda iştirak etmişdir. Qrup Cave və Harvey-in əvvəlki qrupu The Birthday Party qrupunun dağılmasından sonra yaranmışdır.Nick Cave and the Bad SeedsÖz müasirlərinin noise rok kökündən çıxıb, bir çox digər janrlara:post-punk,gothic rock,no wave və blues janrlarına təsir edən yeni alternativ rok yaratdılar. == Diskoqrafiya == From Her to Eternity (1984) The Firstborn Is Dead (1985) Kicking Against the Pricks (1986) Your Funeral… My Trial (1986) Tender Prey (1988) The Good Son (1990) Henry’s Dream (1992) Let Love In (1994) Murder Ballads (1996) The Boatman’s Call (1997) No More Shall We Part (2001) Nocturama (2003) Abattoir Blues/The Lyre of Orpheus (2CD) (2004) Dig, Lazarus, Dig!!!
Seekriegsleitung
Seekriegsleitung və ya SKL (Dəniz Qüvvələri Baş Qərargahı) Birinci Dünya müharibəsində və İkinci Dünya müharibəsində Almaniya Hərbi Dəniz Qüvvələrinin ən yüksək komandanlıq mövqelərindən biri idi. Seekriegsleitung planlaşdırma, dəniz müharibələri və dəniz qüvvələrinin yerləşdirilməsinə rəhbərlik etmişdir.
Seeley
Harri Seeley (ing. Harry Govier Seeley; 18 fevral 1839, London – 8 yanvar 1909, Kensinqton) — Britaniya palentoloqu.
Syzygium seemannianum
Syzygium seemannianum (lat. Syzygium seemannianum) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Seek and Destroy (2002 video oyun)
Seek and Destroy Shin Combat Choro Q (新コンバットチョロQ, Shin Konbatto Choro Q) — Takara Co Ltd. tərəfindən buraxılmış və Play it Ltd. tərəfindən nəşr edilmiş və lisenziyalaşdırılmış PlayStation 2 oyunu. Bu 100-dən çox tank və 100-dən çox təkmilləşdirmə ilə 1–2 nəfərlik tank döyüş oyunudur. Oyunda irəliləyiş əldə etmək və missiyanın/xəritənin (istəyə bağlı mini oyunlar da daxil olmaqla) xüsusi ehtiyaclarını ödəmək üçün tankınızı təkmilləşdirməyi və fərdiləşdirməyi əhatə edir.
Seek and Destroy (videooyun, 2002)
Seek and Destroy Shin Combat Choro Q (新コンバットチョロQ, Shin Konbatto Choro Q) — Takara Co Ltd. tərəfindən buraxılmış və Play it Ltd. tərəfindən nəşr edilmiş və lisenziyalaşdırılmış PlayStation 2 oyunu. Bu 100-dən çox tank və 100-dən çox təkmilləşdirmə ilə 1–2 nəfərlik tank döyüş oyunudur. Oyunda irəliləyiş əldə etmək və missiyanın/xəritənin (istəyə bağlı mini oyunlar da daxil olmaqla) xüsusi ehtiyaclarını ödəmək üçün tankınızı təkmilləşdirməyi və fərdiləşdirməyi əhatə edir.
Seeley Tarixi Kitabxanası
Seeley Tarixi Kitabxanası — Böyük Britaniyanın Kembric Universitetinə məxsus tarix kitabxanasıdır. Kembricdəki Qərb Yolu üzərindəki Sidqvik Əmlakında yerləşən Tarix fakültəsinin bir hissəsidir. 2003-cü ilin oktyabr ayından alınan kitablar Konqres Kitabxanasının Təsnifat Sistemi ilə təsnif edilir. Əvvəllər bu kitabxanaya xas olan sistemdən istifadə edilirdi. Yalnız universitet tələbələri üçün açıq olan kitabxana iş günləri səhər saat 9.00-dan axşam 19.15-ə kimi fəaliyyət göstərir. Şənbə günləri səhər 9-dan axşam 18.00-a qədər açıqdır. Kitabxana bazar günləri bağlıdır. == Kitabxananın tarixi == Tarix kitabxanası 1807-ci ildə Con Symonds tərəfindən bir araya gətirilən minə yaxın kitabla yaradılmışdır. Bir müddət baxımsız qalan kitabxana 1884-cü ildə Oscar Brovning sayəsində yenidən təmir edildi.1890-cı ildə onun tarixi kitabxanası Fəlsəfə Kitabxanasından Kral Kollecinin saytına köçürüldü. 1897-ci ildə bu kitabxana tarixçi Con Silinin şərəfinə Seeley Tarixi Kitabxanası adlandırıldı.