Qazax Sement Zavodu
Qazax Sement Zavodu — Azərbaycanın iri sement istehsalçılarından biri kimi ildə 1.5 milyon ton sement istehsal edir və Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir.
05 İyul 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qazax Sement Zavodunun rəsmi açılışı olmuşdur və zavod sement və klinker istehsalına başlamışdır.
2015-ci ildə Qazax Sement Zavodu Azərbaycanda ilk zavod olaraq Gürcüstan Respublikasına sement və klinkerin ixracını həyata keçirmişdir.
Qazax Sement Zavodu MMC Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının ətəyində, əhəng daşı yataqlarının yaxınlığında yerləşir. Zavod Gürcüstan Respublikası sərhəddi ilə 30 km məsafədə, Ermənistanla 8 km məsafədə yerləşir. Qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal etməklə yanaşı, zavodun Respublikanın regionlarında 8 beton zavodu və qum-çınqıl karxanaları da fəaliyyət göstərir. Beton zavodlar mövcud standartların tələblərinə uyğun kalibrlənmiş, şəhadətnamə ilə təmin edilmişdir. Sement Zavodu və regionlarda fəaliyyət göstərən beton zavodlar və qum-çınqıl karxanaları da nəzərə alınmaqla şirkətdə 700 –dən çox əməkdaş çalışır. Zavodda yerli mütəxəssislərlə yanaşı, istehsal, keyfiyyətə nəzarət və digər sahələrdə Almaniyadan dəvət olunmuş mütəxəssislər də çalışır.Zavodun istehsal etdiyi sement məhsulları aşağıdakılardır.
1) Mastersem (CEMII/B-P32.5R)
Tətbiq sahələri:
Fərdi bina və digər tikililərin beton konstruksiyaları
Binaların xarici suvağı
Beton səkilər, meydançalar və döşəməaltı qatlar
Kərpic arakəsmələrin hörgüsü
Kiçik ölçülü beton məmulatlar
2) Unisem (CEMII/B-M(P-L)32.5 R)
Tətbiq sahələri:
Daş və kərpic divar hörgüsü
Daxili suvaq işləri
3) Betonsem (CEMII/A-P 42.5R)
Tətbiq sahələri:
Yüksək möhkəmliyə malik betonlar (B25 — B40)
Çoxmərtəbəli evlərin dəmir-beton konstruksiyaları
Hər növ beton məmulatları
4) Sulfasem (PPS400)
Tətbiq sahələri:
Şoran torpaqlarda yeraltı konstruksiyalar– hörgü və beton
Təbii (qrunt, dəniz, göl) suların birbaşa təsirinə məruz qalan konstruksiyalar
Beton su hovuzları, quyu və kanalizasiya sistemləri
== Fəaliyyət ==
Zavod istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir.