SOLVE

v həll etmək, cavabını tapmaq; to ~ a problem problemi həll etmək; to ~ a riddle tapmacanın cavabını tapmaq

SOLUTION
SOLVENT
OBASTAN VİKİ
Solveyk Qunberq Yakobsen
Solveyk Qunberq Yakobsen (norv. Solveig Gunbjørg Jacobsen; 8 oktyabr 1913 — 25 oktyabr 1996) — milliyyətçə norveçlı olan, 1913-ci ilin 8 oktyabrında Antarktika ərazisinə daxil olan Cənubi Georgiya adasında, Qryotviken qəsəbəsində anadan olmuşdur. Onun atası Fridzof Yakobsen (1874-1953) 1904-cü ildə Balina ovu üzrə ixtisaslaşmış Qryotvikenə gəlmişdir (qəsəbə salınmış). Bu balina stansiyasında 1914-çü ildən balina stansiyasında menecer köməkçisi işləyirdi. Anası isə Klara Olette Yakobsendir. Solveyk Qunberq Yakobsen Argentinanın Buenos Ayres şəhərində həyatını başa vurmuşdur. Vinson Massivində yerləşən Yakobsen Valleu onun şərəfinə adlandırılmışdır. == Antarktida doğulan ilk şəxs == Solveyk Qunberq Yakobsen Antartikada doğulan ilk insan kimi qeydə alınsada bəzi hallarda Cənubi Georgiya adası Antarktida qitəsinə daxil edilmir. Antarktida materikində doğulan ilk bəşər övladı isə Argentina vətəndaşı Emilio Markos Palma olmuşdur. O, 1978-ci ilin 7 yanvar tarixində Esperansa qütb stansiyasında anadan olmuşdur.