SONCUQ

is. Təpik, şıllaq.
□ Soncuq atmaq – bax soncuqlamaq. Öküz soncuq atır.
// Tərslik eləmək, deyilənə qulaq asmamaq.
Gülsənəm arvad oğlunun sözlərindən bir az da əsəbiləşdi: – Eh, qurbanın olum, – dedi, – sevir sevsin, mən demirəm ki, onlar da düşmən olsun, amma sevməyin də bir təhəri var axı.
Daha bundan ötrü niyə soncuq atır? M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SONCUQ soncuq bax şıllaq
  • SONCUQ şıllaq — təpik
SONBEŞİK
SONCUQLAMA

Digər lüğətlərdə