SPEED

speed1

n sürət; at average / at great ~ orta / böyük sürətlə; at full ~ tam sürətlə; at / with lightning ~ ildırım sürətilə; to put on ~ sürəti artırmaq

speed2

v 1. sürətlə getmək / keçib getmək / ötüb keçmək, cəld uçmaq / uçub getmək, çaparaq getmək; The years sped by İllər sürətlə ötüb / keçib getdi; 2. tələsmək, tələsdirmək; He took a taxi and sped to the station O, bir taksi tutdu və vağzala tələsdi; 3. tezləşdirmək, sürət yığmaq; to ~ one’s steps addımlarını tezləşdirmək; 4. sürəti tənzimləmək / idarə etmək; to ~ a machine maşının sürətini tənzimləmək / idarə etmək; to ~ off tələsik getmək; to ~ up tezləşdirmək; to ~ up production məhsul buraxılışını artırmaq

SPEECHLESS
SPEED-BOAT
OBASTAN VİKİ
Speed Demon
Speed Demon — Maykl Ceksonun mahnısı.
Speed Metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.
Björn "Speed" Strid
Björn "Speed" Strid — Soilwork qrupunun vokalisti Byörn Ove Ingemar Strid. == Həyatı == 10 sentyabr 1978-ci ildə İsveçdə anadan olmuşdur. 1995-ci ildə Soilwork qrpunun əsasını qoymuşdur.
Need for Speed (oyun seriyası)
Need for Speed (azərb. Sürət həzzi‎, abreviaturası: NFS) — ilk olaraq "Electronic Arts", daha sonra isə "Ghost Games" tərəfindən hazırlanan videooyun seriyası. İlk oyun 1994-cü ildə "The Need for Speed" adı ilə çıxmışdır. "Need for Speed: High Stakes" oyunundan başlayaraq isə oyunçuların öz maşınlarında istədiyi dəyişikliyi edə bilməsi xüsusiyyəti əlavə edildi. "Need for Speed" oyunları ilk çıxışından oyunçular tərəfindən sevilməyə başlandı. Oyunun bu günə qədər 150 milyon nüsxəsi satılmışdır. Oyunun uğurlu olması nəticəsində ona uyğun film (Sürət həzzi) çəkildi və "Hot Wheels" oyuncaq maşınları satışa çıxarıldı. == Geympley == Demək olar ki, bütün "Need For Speed" oyunları eyni geympley formasına malikdir. Oyunçu yarış zamanı seçdiyi maşını idarə edir və yarışda birinci olmağa çalışır. Karyera modu və çempionatda alınan qalibiyyətlər ilə qıfıllı maşınlar və yollar açılır.