STEEL-HEARTED

adj 1. cəsarətli, qoçaq, igid, cəsur, cürətli; 2. amansız, qəddar, daşürəkli, zalım, rəhmsiz

STEEL
STEEL-PLATED
OBASTAN VİKİ
Baku Steel Company
== "Baku Steel Company" QSC (BSC) == Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir. Cənubi Qafqazın ən böyük və müasir metallurgiya təsisatı oan "Baku Steel Company" QSC ağır sənayenin Azərbaycanda inkişafında əsas rolu olan qabaqcıl poladəritmə və yayma xətlərinə malik şirkətdir. Şirkətin rəsmi açılışı 2001-ci ilin iyun ayının 21-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə keçirilmişdir. Uzun illər məhdud məsuliyyətli cəmiyyət (MMC) kimi fəaliyyət göstərən "Baku Steel Company" 2022-ci ilin əvvəlindən idarəetmə formasını dəyişərək qapalı tipli səhmdar cəmiyyətinə (QSC) çevrilmişdir. Hazırda "Baku Steel Company" QSC Azərbaycanda qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindən biridir. İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət öz məhsullarını Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Türkmənistan, İtaliya, İspaniya da daxil olmaqla 20-dən çox ölkəyə ixrac edir. 2022-ci ilin oktyabr ayında isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub. == İstehsalat == "Baku Steel Company" QSC-nin poladəritmə üzrə ümumi istehsal gücü ildə 700000 tondur. Hazırda müəssisədə en kəsiyi 125x125 və 150x150 mm-lik, uzunluğu 3000-12000 mm olan müxtəlif markalı polad pəstahlar, diametri 10-32 mm olan Avropa standartlarına uyğun armaturlar, həmçinin, 80-160 mm ölçülü şveller,40-125 mm ölçülü künclük, 100-160 mm ölçülü ikitavr və 5,5-8 mm diametrli polad məftil (katanka) istehsal edilir. Bundan əlavə zavodun en kəsiyi 100x100, 120x120, 130x130 və 140x140 mm ölçülü polad pəstahlar da istehsal etmək imkanı var.
Fallout Tactics: Brotherhood of Steel
Fallout Tactics: Brotherhood of Steel (azərb. Radioaktiv yağıntı taktikaları. Polad qardaşlığı‎; qısaca Fallout Tactics) — "Micro Forté" və "14 Degrees East" tərəfindən hazırlanan, "Interplay Entertainment" tərəfindən yayımlanan növbəyə əsaslanan gerçək zamanlı taktiki rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci spin-offdur. Oyun 15 mart 2001-ci ildə Şimali Amerikada Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Orta Qərbi ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing. The Great War) 120 il sonra, orijinal "Fallout" videooyununun hadisələrindən isə 36 il sonra, yəni 2161-ci ildə baş verir. Videooyunun əsas süjet xətti çətin dövrlərdən keçən bir "Polad qardaşlığı" dəstəsinin başına gələnləri əhatə edir. Oyunun hadisələri "Fallout" kainatında cərəyan etsə də, orijinal "Fallout" və "Fallout 2" videooyunlarının süjet xəttini davam etdirmir.