STORY-TELLER

n 1. hekayə danışan, nağıl edən / söyləyən; 2. hekayə yazan, hekayələr müəllifi; 3. d.d. yalançı, uydurmaçı

STORY
STOUT
OBASTAN VİKİ
Ceks Teller
Cekson Neteniel "Ceks" Teller — ABŞ teleserialı "Anarxiyanın oğulları"nın baş qəhrəmanı. Çarli Hannem tərəfindən canlandırılıb. Ceks qanundan kənar motosiklet klubunun üzvüdür, o, əvvəlcə klubun vitse-prezidenti, daha sonra isə prezidenti olur. Onun rəhbərlik etdiyi bu klub Anarxiya Oğulları Motosiklet Klubu Redvud Original (SAMCRO) adlanır. Klub Kaliforniya ştatının Charming adlı uydurma şəhərciyində fəaliyyət göstərir. == Həyatı == Ceks Teller 1978-ci ildə anadan olub. Onun anası Con atası isə Qemma Tellerdir. Onun müharibə veteranı olan atası vaxtı ilə SAMCRO motosiklet klubunun qurucusu və prezidenti olmuşdur. Ancaq atası 1993-cü ildə avtomobil qəzasında ölür. Bu hadisədən sonra klubun rəhbər vəzifəsi Kley Morrova keçir.
The Story of Us
“Bizim Hekayə” — rejissor Rob Reynerin çəkdiyi, baş rollarda Bruce Willis və Mişel Pfayferin oynadığı komediya, melodram janrında olan filmdir. == Süjet xətti == Ben və Keti on beş ildir evlidirlər, lakin onlar artıq bir-birləri ilə sakit danışa, öz aralarında razılığa gələ bilmirlər və ayrılmaq ərəfəsindədirlər. Bütün yaxınlaşma cəhdləri evlilik illərində yığılan aqressiyalara görə müsbət nəticələr vermir və mübahisələrlə başa çatır. Ancaq sonda həyat yoldaşları bir-birlərini bütün çatışmazlıqlarla qəbul etməyə güc tapacaqlar ...
Story of My Life (Lesli Roy mahnısı)
"Story of my life" (azərb. Mənim həyat hekayəm‎) — İrlandiyalı müğənni-söz yazarı Lesli Royun mahnısı. Mahnı İrlandiyanı, Niderlandın Rotterdam şəhərində keçirilməsi planlaşdırılan, sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəkdi. == Mahnı == İrlandiyalı milli yayım şirkəti RTÉ, Avroviziya Mahnı Müsabiqəsinin 2020-ci il buraxılışında ölkə təmsilçisini təyin etmək məqsədilə, ölkədəki tanınmış bəstəkar və sənətçiləri 2FM ilə birlikdə iş birliyinə dəvət etmişdir. Milli yayımçı, İrlandiyanın Avroviziya tarixində ilk dəfə olaraq ölkənin məşhur prodüser şirkəti olan "THISISPOPBABY"yi seçərək, iştirakın yaradıcılıq yönü ilə bağlı bütün hazırlıq işlərini ona həvalə edib. Nəticə olaraq, 5 mart 2020-ci tarixində, milli yayımçı ölkəni 2020 Avroviziya Mahnı Müsabiqəsində, "Story of my life" mahnısı ilə Lesli Royun təmsil edəcəyini elan etmişdir. Mahnının sözləri və bəstəsi Lesli Roy, Robert Marvin, Kett Qravit və Tom Şapiro tərəfindən ərsəyə gətirildi. İfaçı Lesli Roy mahnısı haqqında: "Mahnı şəxsiyyətin həyatda qarşılaşdığı bütün çətinliklərin öhdəsindən gələrək, yenidən ayağa qalxmağa səsləyir və hər zaman qələbə ruhlu olmağa dəvət edir" ifadələrini bildirmişdir. == Buraxılış tarixi == == Beynəlxalq arenada == Avropa Yayım Birliyinin (EBU), 28 yanvar 2020-ci tarixində təşkil etdiyi ənənəvi püşkatma mərasimində, İrlandiyanın 12 may 2020-ci il tarixində baş tutacaq ilk yarımfinal mərhələsinin birinci hissəsində mübarizə aparacağı elan edilmişdir. Lesli Royun "Story of my life" mahnısı ilə Litvadan sonra və Rusiyadan əvvəl, yeddinci nömrə altında səhnədə çıxış edəcəyi açıqlansada, Avropa Yayım Birliyi (EBU) 18 mart 2020-ci tarixində, mövcud Koronavirus pandemiyasını əsas gətirərək, 2020-ci il Avroviziya Mahnı Müsabiqəsinin ləğv edildiyini elan etmişdir.