SUKVAR
SULTAN
OBASTAN VİKİ
Suq
Suq — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,890 nəfər və 1,190 ailədən ibarət idi.
Suq Teuçej
Suq Teuçej (rus. Цуг Теучеж; əsl adı: Tahir Əliyeviç Teuçej, rus. Тагир Алиевич Теуче́ж; 3 (15) avqust 1855 – 26 yanvar 1940) — adıge (çərkəz) sovet şairi, aşıq, Adıgeya Xalq Şairi. == Həyatı == Suq Teuçej 15 avqust 1855-ci ildə Qabukay (indiki Adıgeya) kəndində kasıb bir adıge ailəsində anadan olmuşdur. Uşaq ikən fəhlə işləyən Teuçej mahir bir yəhərçi idi. O, çoxsaylı xalq mahnılarının bəstəkarı və ifaçısı olmuş, çoxlu şeirlər yazmışdır. Teuçej 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. Suq Teuçej 16 yanvar 1940-cı ildə Ponejukay kəndində vəfat etmişdir. == Şəxsi həyatı == Suq Teuçejin oğlu Nuh Adıge Vilayət İcraiyyə Komitəsinin sədri olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Suq Teuçej // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
"Suqovuşanın azad olunmasına görə" medalı
"Suqovuşanın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Suqovuşanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Döyüşdə fərqlənməyə görə" medalından sonra taxılır.
Ami Suqita
Ami Suqita (d. 14 mart 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 2 qol vurub.
Ağbulaq Suqar
Ağbulaq Suqar (fars. اغبلاغ سقار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Ağbulaq Suqar (Şot)
Ağbulaq Suqar (fars. اغبلاغ سقار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Ağbulaq Suqar (Şövt)
Ağbulaq Suqar (fars. اغبلاغ سقار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Hina Suqita
Hina Suqita (d. 31 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kenyu Suqimoto
Kenyu Suqimoto (18 noyabr 1992, Osaka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib, 1 qol vurub.
Miki Suqavara
Miki Suqavara — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Sayuri Suqimoto
Sayuri Sugimoto (25 yanvar 1996, Naqoya) — Yaponiyanı təmsil edən bədii gimnast. Sayuri Sugimoto 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. O, həm də 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Sayuri Sugimoto 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Rie Matsubara, Sakura Noşitani və Kiko Yokota ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Suqala
Suqala — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 12 iyul, 1949-cu ilədək rəsmən Mahmudlu adlanırdı, həmin tarixdən etibarən adı dəyişdirilərək rəsmi olaraq Kariani adlanır.
Suqovuşan (Daşkəsən)
Suqovuşan (əvvəlki adı: Gedəmiş) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Gedəmiş kəndi Suqovuşan kəndi adlandırılmışdır. == Toponimikası == Suqovuşan adı kəndin fiziki-coğrafi mövqeyini əks etdirir. == Tarixi == Yerli məlumata görə, kəndi vaxtilə Qazax mahalından gəlmiş ailələr salmışlar. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Suqovuşan kənd kitabxana filialı, Suqovuşan kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Suqovuşan (Sabirabad)
Suqovuşan — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Sabirabad r-nunun Kürkəndi i.ə.v.-də kənd. Muğan düzündədir. Oykonim su və qovuşan (“qovuşmaq” felinin feli-sifət forması) sözlərindən əmələ gəlib, Araz çayının Kür çayı ilə qovuşduğu yerin adı ilə bağlıdır. Coğrafi ad kəndin fiziki-coğrafi mövqeyini əks etdirir. XVI əsrə aid mənbələrdə bu kəndin adı Qovuşan kimi qeyd olunmuşdur.
Suqovuşan (Tərtər)
Suqovuşan (əvvəlki adı: Madagiz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı ilə Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Talış kəndi ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Coğrafiyası == Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur. == Tarixi == Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edildi. 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi.
Suqovuşan (qəzet)
"Muğanın səsi" (2020-ci ilə qədər "Suqovuşan") — Sabirabad rayonunda nəşr olunan qəzet. == Tarixi == Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu veriləndə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul edilib. Qəzetə "Pambıq cəbhəsində" adının verilməsi də dövlət siyasətindən irəli gəlib. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətinin ortaya atıldığı bir vaxtda Muğan düzündə pambıqçılığın inkişaf etdirilməsi, bütün qüvvələrin bu strateji əhəmiyyətli məhsulun istehsalının artırılması naminə səfərbərliyə alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsində "Pambıq cəbhəsində" qəzetinin üzərinə mühüm vəzifələr düşürdü. Bir il sonra rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verildi. Qəzet isə hələ də iki səhifə həcmində A-3 formatında çıxır, materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. 1948-ci ilə kimi 777 nömrəsi çıxıb. İndiki İsmət Qayıbov küçəsi 16 (o vaxtkı "İnqilab") yerləşən qəzet kiril əlifbası ilə 1000 tirajla buraxılmışdır. Qəzetin 50-ci illərdə redaktoru olmuş mərhum Paşa Nuriyev qeyd edir ki, 1962-ci ildə "Pambıq cəbhəsində"nin fəaliyyətinə xitam verilib. Azərbaycan KP MK-nın qərarına əsasən yaradılan Sabirabad rayonlararası "Muğan" qəzeti Əli Bayramlı – indiki Şirvan şəhərini və Saatlı rayonunu da əhatə edirdi.
Suqovuşan döyüşləri
Madagizin azad edilməsi (erm. Մատաղիսի ճակատամարտ) — 2020-ci ilin 27 sentyabrından başlamış 3 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri. Nəticədə Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Azərbaycan ordusu tərəfindən azad edilir. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Elə həmin gün başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir.
Suqovuşan döyüşü

Suqovuşan qurultayı
Muğan qurultayı və ya Suqovuşan qurultayı — Hotaki-əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir xan Səfəvilərdə naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək üçün və özünü şah elan etmək üçün Nadir xan 1736-cı ilin fevral-mart ayında Muğan düzünə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında Muğan (Suqovuşan) qurultayını çağırdı. Suqovuşan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzunsürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular. == Tarixi == XIX əsr Azərbaycan tarixçisi A.A.Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 min adam gəlmişdi: "Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu". Mirzə Mehdi xan əsərində yazır ki, Nadir şahın taxta çıxması xalqın istəyilə baş vermişdir və Nadir özü hakimiyyəti istəməmişdir. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Bəzi mənbələrə görə isə Nadir xan qəsdən, guya hakimiyyətə ehtiyacı olmadığı üçün bunu etmişdir, yəni hakimiyyətdən boyun qaçırmışdır. Lakin əsas məqsəd hakimiyyəti ələ keçirmək idi.
Suqovuşan su anbarı
Suqovuşan su anbarı (sovet və işğal dövrü: Madagiz su anbarı) — Tərtər rayonunun Suqovuşan ərazisində, Tərtərçay üzərində yerləşən su anbarı. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Madagiz su anbarı Tərtər rayonunun erməni işğalında olan hissəsində yerləşirdi. 3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su elektrik stansiyası 4.8 mqvt və Suqovuşan-2 su elektrik stansiyası isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar QSC tərəfindən istismar edilmişdir. Bu qapalı səhmdar cəmiyyətin 48% səhmləri qondarma quruma, qalan 52% səhmləri isə daha kiçik özəl sahibkarlara aid olmuşdur.
Suqovuşanın azad edilməsi
Madagizin azad edilməsi (erm. Մատաղիսի ճակատամարտ) — 2020-ci ilin 27 sentyabrından başlamış 3 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri. Nəticədə Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Azərbaycan ordusu tərəfindən azad edilir. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Elə həmin gün başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir.
Suqsvanq (şahmat)
Suqsvanq (alm. zugzwang‎) — Şahmat termini İstənilən bir gedişi ona məğlubiyyət gətirəcək olan durum..
Suquha Kiriqaya
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. == Hekayə == Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
Suqun yarımadası
Suqun yarımadası (rus. Сугун) — Novosibirsk vilayəti, Tandovo gölünün şimalında yerləşən yarımada. Uzunluğu 8 km, eni 0,5 km təşkil edir. Yerli əhəmiyyətli təbiət abidəsidir. == Təbiəti == Təbiət abidəsi ərazisində meşə-çöl zonası üçün qeyri-adi olan təbii bərpa olunan şam və ağcaqayın meşələrinin fraqmentləri vardır. === Qorunan bitki növləri === Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri yayılmışdır: Stípa pennáta, ural biyanı, Paeónia anómala, Lílium mártagon. === Qorunan heyvan növləri === Yarımadada böyük xallı qartal, kərkincək qızılquş, ördəktutan qızılquş, uzunquyruq yapalaqca, Maxaon, və s. kimi canlılar yaşayır.
Suquzğunu (rəsm əsəri)
Suquzğunu — holland rəssam Vinsent van Qoqun kətan üzərində yağlı boya ilə çəkdiyi rəsm əsəri. 1886-cı ilin iyul-dekabr aylarında Parisdə çəkilən rəsm əsəri indi Hollandiyanın Amsterdam şəhərində, Van Qoq Muzeyində saxlanılır. Əsərdə bataqlıqdakı bir suquzğunu təsvir edilir. Quş rəsm əsərinin sağına baxır. Vinsentin adı rəsmin aşağı sol küncündə qeyd olunub.