Suqun yarımadası (rus. Сугун) — Novosibirsk vilayəti, Tandovo gölünün şimalında yerləşən yarımada. Uzunluğu 8 km, eni 0,5 km[1] təşkil edir. Yerli əhəmiyyətli təbiət abidəsidir.
Suqun yarımadası | |
---|---|
Yerləşməsi | |
55°08′53″ şm. e. 78°00′08″ ş. u.HGYO | |
Akvatoriya | Tandovo gölü |
Ölkə | Rusiya |
|
Təbiət abidəsi ərazisində meşə-çöl zonası üçün qeyri-adi olan təbii bərpa olunan şam və ağcaqayın meşələrinin fraqmentləri vardır[2].
Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri yayılmışdır: Stípa pennáta, ural biyanı, Paeónia anómala, Lílium mártagon[2].
Yarımadada böyük xallı qartal, kərkincək qızılquş, ördəktutan qızılquş, uzunquyruq yapalaqca, Maxaon, və s. kimi canlılar yaşayır[2].