SUVARMAQ

f.
1. Süni vasitələrlə torpağı, yeri islatmaq, nəmləndirmək; sulamaq. Ləkləri suvarmaq. Əkin yerlərini suvarmaq.
– Hər suçunun cirəsi gündə bir hektar yeri suvarmaqdır. Ə.Vəliyev.
Çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə [Səməd] arx çəkdi, suvardı. İ.Hüseynov.

// Dibinə su tökmək. Ağacları suvarmaq.
– Hüseynəli əmi … gülləri suvarırdı. M.S.Ordubadi.
Ağ saçlı bir qadın əlində vedrə, köhnə mis dolça pomidor və xiyar tağlarını suvarırdı. H.Seyidbəyli.

2. Su vermək, su içirtmək. Qoyunları suvarmaq. Mal-qaranı suvarmaq.
– Tağı əmi … atları suvarmağa göndərəndə mənə də boz madyana minməyə izin verərdi. S.S.Axundov.
…Xırman döyənlər öküzləri vəldən açıb suvarır, yemləyir, tövlələrdə, həyətlərdə rahatlayırdılar. Ə.Abasov.

Синонимы

  • SUVARMAQ sulamaq — islatmaq — yaşlamaq

Этимология

  • SUVARMAQ Bəzən bu kəlmənin mənşəyini su və vermək sözləri ilə əlaqələn­dir­məyə üstünlük veririk, amma mənbələrdə söz suvğar kimi qeydə alınıb
SUVARMA
SUVAŞQAN

Значение слова в других словарях