1. Süni vasitələrlə torpağı, yeri islatmaq, nəmləndirmək; sulamaq. Ləkləri suvarmaq. Əkin yerlərini suvarmaq.
– Hər suçunun cirəsi gündə bir hektar yeri suvarmaqdır.
Çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə [Səməd] arx çəkdi, suvardı.
// Dibinə su tökmək. Ağacları suvarmaq.
– Hüseynəli əmi … gülləri suvarırdı.
Ağ saçlı bir qadın əlində vedrə, köhnə mis dolça pomidor və xiyar tağlarını suvarırdı.
2. Su vermək, su içirtmək. Qoyunları suvarmaq. Mal-qaranı suvarmaq.
– Tağı əmi … atları suvarmağa göndərəndə mənə də boz madyana minməyə izin verərdi.
…Xırman döyənlər öküzləri vəldən açıb suvarır, yemləyir, tövlələrdə, həyətlərdə rahatlayırdılar.