SÜRTÜLMƏK


1.Sürtmək”dən məch.
Aynabəndin döşəməsi ayaqlar altında o qədər sürtülmüşdü ki, taxtaların talaşası çıxmışdı. Mir Cəlal.
Musa kişi daha tərəddüd etmədən əlini cibinə salıb, üzü sürtülmüş ( f.sif. ), dördqat dəftərçəsini çıxartdı. B.Bayramov.

2. Çəkilmək, yaxılmaq. Dezinfeksiya üçün yaraya yod sürtülür.
– Get-gedə Müqüm bəy Cavanşirin zabitəsi birə yüz artır, o, sürtülüb yağlanan bir qılınc kimi bərq verirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRTÜLMƏK yaxılmaq — çəkilmək
  • SÜRTÜLMƏK solmaq — bozarmaq
  • SÜRTÜLMƏK silinmək — yeyilmək — köhnəlmək
SÜRTÜLMƏ
SÜRTÜNMƏ

Digər lüğətlərdə