f. 1. Toxumu səpin üçün hazırlanmış torpağa səpələmək; toxum atmaq, əkmək. Çiyid səpmək. – …Vəliqulu çöldə idi.
Zəmiyə toxum səpirdi. C.Məmmədquluzadə.
[Tarverdi:] …İkicə pud bu il yerə [buğda] səpdim. C.Cabbarlı.
2. Tökmək (toz halında olan şeylər haqqında). Tarlaya dərman səpmək. Qapının qabağına qum səpmək.
– Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov.
// Dən atmaq, yem tökmək.
[Novruzəli xana:] Xan, qadanı alım, bu xoruzlar qaldılar burada, heyvandılar, qoyaydın qıçlarını açıb bir az burada dən səpəydim. C.Məmmədquluzadə.
Sənəm qarı balağından çəngə ilə dən götürüb … toyuqcücələrə səpirdi. Ə.Məmmədxanlı.
// Çiləmək, tökmək, səpələmək (maye haqqında). Başına ətir səpmək.
– Araşqının təpəndə; Üzə gülab səpəndə; Könül çatar murada; Ağ üzündən öpəndə. (Bayatı).
Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdarı səpməyə. “Koroğlu”.
…Nökərlər də Rzaquluxanın üzünə su səpib huşa gətirməyə çalışırdılar. M.S.Ordubadi.
3. Pərakəndə halda atmaq, necə gəldi atmaq, tökmək, töküb-töküşdürmək. Paltarları evin içinə səpmək.
– Bir gün Sürəyyanın cehizlərini qayınatası çıxardıb, evdən birbəbir həyətə səpdi. Çəmənzəminli.
[Birinci fəhlə:] Budur ha, genə kağız səpiblər ki… H.Nəzərli.
4. Yağmaq, səpələmək. Yağış səpir.
– Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət.
5. Atmaq (çoxlu miqdarda). Səlim dayana bilmədi.
Bir qatar güllə səpdi… Mir Cəlal.
6. Obrazlı təşbehlərdə: işıq səpmək, nur səpmək, səadət çiçəyi səpmək və s.
7. Bir sıra isimlərlə işlənərək müxtəlif ifadələr düzəldilir;
məs.: yarasına duz səpmək, gözünə torpaq səpmək, ürəyinə soyuq su səpmək və s.