SƏRLÖVHƏ

is. [ fars. sər və ər. lövhə] Əsərin və ya qəzetin başda yazılan qısa adı; məqalənin adı; başlıq. Birinci hissənin sərlövhəsi. Məqalənin sərlövhəsi. Dastanın sərlövhəsi.
– Məktubun sərlövhəsi “Vətənimizin sədaqətli oğlu Nuriyev yoldaşa” deyə başlayırdı. Ə.Vəliyev.
Görən nə düşündü, görən nə andı; Oxucum görüncə bu sərlövhəni. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRLÖVHƏ SƏRLÖVHƏ (qəzet, kitab və s.-də) [Həmzə:] Yoldaş redaktor, bir tənqidi məktub var, ona sərlövhə fikirləşirəm (Ə
  • SƏRLÖVHƏ başlıq — ad
SƏRKİ
SƏRLÖVHƏLİ

Digər lüğətlərdə