SƏYİRTMƏK

f.
1. Çapmaq, dördnala sürmək (atı).
[Ayaz] “Tərlanı” üzüyuxarı kəndə tərəf səyirtdi. Ə.Məmmədxanlı.
Atımı dördnala səyirdərək mən; Nəhayət, Boz dağa gəlib yetişdim. H.Hüseynzadə.

2. Uçurtmaq (quşlar haqqında). [Kərəm:] Şahini gəzdirər bəylər qolunda; Quşları səyirdər sagü solunda. “Əsli və Kərəm”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏYİRTMƏK səyirtmək bax çapmaq 1
  • SƏYİRTMƏK çapmaq — sürmək

Etimologiya

  • SƏYİRTMƏK Dilimizdə səkmək (пригать) feili var. Sıçramaq, səyirtmək, səkmək sözlərinin hamısı kökdaşdır. (Bəşir Əhmədov
SƏYİRTMƏ
SƏYLİ

Digər lüğətlərdə