texnoloq
telefon
OBASTAN VİKİ
Tel
Tel — alının üstünə düşən saçlar. Bəzi subkulturaların bildiricisi olar bilər, məsələn, emoların və ya qanuni oğru ideologiyası ilə gedən insanların.
Tel-Tamer
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر‎‎, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi. İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır. == Coğrafiya == Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir.
Tel-Əviv
Təl-Əviv və ya Tel-Əviv — İsrailin mühüm iqtisadi və mədəniyyət mərkəzi, Aralıq dənizi sahilində liman. Əhalisi 510.000 (2019-cu il) nəfərdir. Yaxınlığında Ben-Qurion beynəlxalq aeroportu var. İqlimi subtropik Aralıq dənizi tiplidir. Orta temperatur yanvarda 12 °C, iyulda 25 °C-dir. Şəhərin əsası 1909-cu ildə qoyulmuş, İsrail dövləti yarandıqdan (1948) sonra onun paytaxtı olmuşdur. 1950-ci ildə paytaxt Qüdsə köçürülmüşdür. Lakin BMT bu qərarı qəbul etmədiyi üçün rəsmi olaraq paytaxt hələ də Tel-Əviv şəhəridir. Təl-Əviv şotland memar P. Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir. == Etimologiya == Bahar təpəsi mənasına gələn Tel-Əviv, 1910-cu ildə şəhərin adı olaraq bir çox variant arasından seçildi.Herzliya adı da digər variantlardan biri olmuşdur.
Tel (kənd)
Tel — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Tel kənd məscidi dini icması fəaliyyət göstərir.
Tel Aviv
Təl-Əviv və ya Tel-Əviv — İsrailin mühüm iqtisadi və mədəniyyət mərkəzi, Aralıq dənizi sahilində liman. Əhalisi 510.000 (2019-cu il) nəfərdir. Yaxınlığında Ben-Qurion beynəlxalq aeroportu var. İqlimi subtropik Aralıq dənizi tiplidir. Orta temperatur yanvarda 12 °C, iyulda 25 °C-dir. Şəhərin əsası 1909-cu ildə qoyulmuş, İsrail dövləti yarandıqdan (1948) sonra onun paytaxtı olmuşdur. 1950-ci ildə paytaxt Qüdsə köçürülmüşdür. Lakin BMT bu qərarı qəbul etmədiyi üçün rəsmi olaraq paytaxt hələ də Tel-Əviv şəhəridir. Təl-Əviv şotland memar P. Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir. == Etimologiya == Bahar təpəsi mənasına gələn Tel-Əviv, 1910-cu ildə şəhərin adı olaraq bir çox variant arasından seçildi.Herzliya adı da digər variantlardan biri olmuşdur.
Matis Tel
Matis Tel (27 aprel 2005, Sarsel) — Almaniya Bundesliqası klubu olan Bayern Münhen klubunda hücumçu kimi çıxış edən fransalı peşəkar futbolçudur . == Klub karyerası == === Renn === Paris FK- nın gənclər akademiyası oyunçusu Tel 2020-ci ildə Renn-ə transfer olunub. Peşəkar debütünü 15 avqust 2021-ci ildə keçirilən "Brest" ilə liqa matçında edib. Matç 1—1 hesablı heç-heçə ilə yekunlaşıb. 16 yaş 110 gündə debütü onu Renn üçün rəsmi matçda meydana çıxan ən gənc oyunçu etdi. Bu rekord əvvəllər Eduardo Kamavinqa'ya məxsus idi. === Bayern Münhen === 26 iyul 2022-ci ildə Tel Bundesliqa klubu Bayern Münhen ilə 5 illik müqavilə imzaladı. Renn-ə ödənilən transfer haqqı bonuslar daxil olmaqla 28,5 milyon avro olub. 31 avqust 2022-ci ildə DFB-Pokalda Viktoria Köln üzərində 5-0 hesabı ilə qalib gəldikləri oyunda ilk qolunu vuraraq, 17 yaş 126 gündə olan matçda klub tarixində ən gənc qol vuran oyunçusu oldu. O Bundesliqada ilk qolunu 10 sentyabr 2022-ci ildə Ştutqartla matçda vurdu.
Tel-Əviv Universiteti
Təl-Əviv Universiteti (ivr. ‏אוניברסיטת תל אביב‏‎) — İsrailin ən böyük universitetlərindən biri. Təl-Əvivin Ramat—Əviv rayonunda yerləşir. 1956-cı ildə yaranıb və 9 fakültəsi vardır. Universitetdə 25 000 tələbə təhsil alır.
Hapoel Tel-Əviv FK
Hapoel (Təl-Əviv) - İsrailin futbol klubu
Makkabi Tel-Əviv FK
Makkabi (Təl Əviv) FK — İsrailin futbol klubu == Tarixi == 1906-cı ildə yaradılmışdır. == Avropa kuboklarında iştirak == 11 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == "Makkabi" 20 dəfə ölkə çempionluğunu, bir o qədər də ölkə kubokunu qazanıb. Komanda 2 dəfə Asiya kubokunun (1968/69, 1970/71), 3 dəfə İntertoto kubokunun (1992/93, 1998/99, 2008/09) qalibidir. 7 dəfə "qızıl dubl" edən "Makkabi" İsrailin aşağı divizionda oynamayan yeganə komandasıdır. Bundan əlavə, Təl-Əviv komandası ölkəsinin Çempionlar Liqasının qrup mərhələsində oynayan 2 təmsilçisindən biridir.
Bney Yehuda Tel-Əviv FK
Bney Yehuda İsrailin futbol klubudur. Tel-Əviv şəhərini təmsil edir. İsrail Premyer Liqasında iştirak edən klublardan biridir. == Tarixi == 1936-cı ildə yaranmışdır. İsraildə "qızıllar" ləqəbi ilə tanınan kollektivin ölkə tarixində müəyyən uğurları var. Bunlardan ən başlıcası 1989/1990-cı illər mövsümündə əldə edilən çempionluqdur. Bu, Təl-Əvivin "Makkabi" və "Hapoel"dən sonra nüfuz və azarkeş ordusuna görə üçüncü komandasıdır. Qazanılan çempionluğa və iki ölkə kubokuna rəğmən, həmin illərdə İsrail Asiya Futbol Konfederasiyasında yer aldığından, klublar isə təbii ki, UEFA bayrağı altında yarışlarda iştirak etmədiyindən "Bney Yehuda" Avropa sərgüzəştlərini 2000-ci illərin sonlarına qədər təxirə salmalı olub. Ümumiyyətlə, klub Natan Sulami adlı şəxs və onun dostları tərəfindən 1936-cı ildə yaradılsa da, İsrailin yüksək liqasında 21 il sonra - 1959-cu ildə debüt edib. İki mövsüm sonra aşağı dəstəyə yuvarlanan "qızıllar" elitaya 1965-ci ildə dönərək, uğurlu seriya əldə ediblər və 3 il sonra İsrail kubokunu qazanıblar.
Didərgin (teleserial, 2014)
Didərgin (ing. Outlander) — Diana Qaboldonun eyni adlı zamanda səyahət romanı əsasında çəkilmiş Britaniya-Amerikan teleserialıdır. Ronald D. Mur tərəfindən inkişaf etdirilmiş, Sony Pictures Television və Left Bank Pictures-in prodüserliyi ilə yaradılmış serial 9 avqust 2014-cü ildə Starz kanalında yayımlanmağa başladı. Mövzuda ikinci dünya müharibəsi illərində orduda tibb bacısı kimi çalışan evli Kleir Randall (Kaitriona Balf) bir gün möcüzəli şəkildə özünü 1743-cü ilin Şotlandiyasıda tapır və burada döyüşçü Ceymi Frase (Sem Hyuqen) ilə tanış olduqdan sonar hadisələr öz cərəyanı ilə davam edir. İkinci kitaba əsaslanan ikinci mövsüm 13 seriadan ibarət olaraq 1 iyun 2016-cı ildə yayımlandı. Starz serial üçüncü və dördüncü mövsümlər üçün yenilədi və mövsümlərin kitab serialarına uyğun müvafiq şəkildə üçüncü və dördüncü kitablara əsaslanacağı bildirildi. 13 serialı üçüncü mövsüm 10 sentyabr 2017-ci ildə yayımlanmağa başladı. == Rollarda == === Əsas === === Ardıcıl === == Musiqi == Serialın soundtrektləri Bear Makkreri tərəfindən bəstələnib. Taytl musiqisinin sözləri Robert Stevensonun Sing me a Song of a Lad that is Gone şeirini Şotland xalq musiqisi olan The Skye Boat Song-un musiqisi ilə əvəzləyərək hazırlanıb. İkinci fəsilin yarısına qədər serialda fransız abu havasına görə mahnı franzıca səsləndirildi.
Diriliş: Ərtoğrul (teleserial, 2014)
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur. Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında "şərəf qonağı" olaraq iştirak edəcəyi deyilir. Serial 2019-cu ilin 29 may günündə bitmişdir. == Ssenari == == Rollarda Engin Altan Düzyatan-Ərtoğrul bəy 1-150 Kaan Taşaner-Gündoğdu bəy 1-60/146-149 Serdar Gökhan-Süleyman şah 1-26 Hülya Darcan-Haymə xatun 1-150 Esra Bilgiç-Həlimə xatun 1-116 Didem Balçın-Selcan xatun 1-61/127-149 Hande Subaşı-Ayqız 1-26 Burcu Kıratlı-Gökçə xatun 1-57 Cengiz Coşkun-Turgut alp 1-150 Nurettin Sönmez-Bamsı alp 1-150 Cavit Çetin Güner-Doğan alp 1-83 Mehmet Çevik-Dəli Dəmir 1-48 Hakan Vanlı-Qurdoğlu 1-23 Arda Anarat/Batuhan Karacakaya-Dündar bəy 1-97 Sedat Savtak-Numan 1-14 Burak Temiz-İgid 1-61 Serdar Deniz-Titus 1-26 Levent Öktem-Ustad Petruçio 1-25 Mehmet Emin İnci-Əl-Əziz 2-16 Burak Çimen-Nəsir 2-15 Özlem Aydın-Elenora 1-5 İskender Altın-Cuvanni 1-17 Atilla Engin Kardinal Tomas 5-25 Dilek Serbest-İzadora 7-22 Büşra çubukçuoğlu-Leyla 7-14 Zeynep Aydemir-Eftalya 5-18 Celal Al-Əbdürrəhman 1-150 Can Kahraman-Qara Toyqar 1-15 Gökhan Atalay-Şahabəttin Toğrul 2-16 Reshad Strik-Kladius 14-24 Hüseyin Özay-Qorqud bəy 27-49 Uğur Güneş-Tuğtəkin bəy 27-58 Evrim solmaz-Aytolun 27-53 Barış Bağcı-Noyan 27-59/116-121 == Hazırlıqlar == Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Diriliş:Ərtoğrul (teleserial, 2014)
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur. Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında "şərəf qonağı" olaraq iştirak edəcəyi deyilir. Serial 2019-cu ilin 29 may günündə bitmişdir. == Ssenari == == Rollarda Engin Altan Düzyatan-Ərtoğrul bəy 1-150 Kaan Taşaner-Gündoğdu bəy 1-60/146-149 Serdar Gökhan-Süleyman şah 1-26 Hülya Darcan-Haymə xatun 1-150 Esra Bilgiç-Həlimə xatun 1-116 Didem Balçın-Selcan xatun 1-61/127-149 Hande Subaşı-Ayqız 1-26 Burcu Kıratlı-Gökçə xatun 1-57 Cengiz Coşkun-Turgut alp 1-150 Nurettin Sönmez-Bamsı alp 1-150 Cavit Çetin Güner-Doğan alp 1-83 Mehmet Çevik-Dəli Dəmir 1-48 Hakan Vanlı-Qurdoğlu 1-23 Arda Anarat/Batuhan Karacakaya-Dündar bəy 1-97 Sedat Savtak-Numan 1-14 Burak Temiz-İgid 1-61 Serdar Deniz-Titus 1-26 Levent Öktem-Ustad Petruçio 1-25 Mehmet Emin İnci-Əl-Əziz 2-16 Burak Çimen-Nəsir 2-15 Özlem Aydın-Elenora 1-5 İskender Altın-Cuvanni 1-17 Atilla Engin Kardinal Tomas 5-25 Dilek Serbest-İzadora 7-22 Büşra çubukçuoğlu-Leyla 7-14 Zeynep Aydemir-Eftalya 5-18 Celal Al-Əbdürrəhman 1-150 Can Kahraman-Qara Toyqar 1-15 Gökhan Atalay-Şahabəttin Toğrul 2-16 Reshad Strik-Kladius 14-24 Hüseyin Özay-Qorqud bəy 27-49 Uğur Güneş-Tuğtəkin bəy 27-58 Evrim solmaz-Aytolun 27-53 Barış Bağcı-Noyan 27-59/116-121 == Hazırlıqlar == Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Diriliş:Ərtuğrul (teleserial, 2014)
Doktor Haus (teleserial, 2004)
Haus (ing. House M. D.) — tibbi dram janrında 16 noyabr 2004 – 21 may 2012-ci il tarixləri arasında 8 sezon yayımlanan ABŞ serialı. Serialın baş qəhrəmanı ağrıkəsici dərman aludəçisi olmasına baxmayaraq Nyu-Cersidəki Prinston-Pleynsboro Tədris Xəstəxanasında diaqnostiklər qrupuna rəhbərlik edən qeyri-ənənəvi, insanları sevməyən tibb dahisi doktor Qreqori Hausdur (Hyu Lori). Serialın əsas ideya müəllifi Pol Attanasiodur. Serialın yaradıcısı kimi tanınan Devid Şor isə əsasən baş qəhrəmanın konsepsiyasına cavabdeh olub. Serialın icraçı prodüserləri Devid Şor, Pol Attanasio və onun həmkarı Keyti Yakobs, həmçinin Brayan Sinqer olub. Serial əsasən Los-Ancelesdə, "Century City"-də lentə alınıb və ABŞ-dakı ən yüksək reytinqli seriallardan biri olmuşdur. Serial boyunca Haus tez-tez öz diaqnostika komandası da daxil olmaqla həkim həmkarları ilə mübahisələrdə olur, çünki onun pasiyentlərinin xəstəlikləri haqqında hipotezləri əsasən incə və ya mübahisəli detallara əsaslanır. Xəstəxana qaydalarına əməl etməməsi onu tez-tez onun müdiri, xəstəxana administratoru və tibbi dekan Liza Kaddi (Liza Edelşteyn) ilə münaqişələrə sürükləyir. Hausun yeganə dostu isə xəstəxananın onkologiya departamentinin rəhbəri Ceyms Vilsondur (Robert Şon Lenard).
Doktor Haus (teleserial, 2004-2012)
Haus (ing. House M. D.) — tibbi dram janrında 16 noyabr 2004 – 21 may 2012-ci il tarixləri arasında 8 sezon yayımlanan ABŞ serialı. Serialın baş qəhrəmanı ağrıkəsici dərman aludəçisi olmasına baxmayaraq Nyu-Cersidəki Prinston-Pleynsboro Tədris Xəstəxanasında diaqnostiklər qrupuna rəhbərlik edən qeyri-ənənəvi, insanları sevməyən tibb dahisi doktor Qreqori Hausdur (Hyu Lori). Serialın əsas ideya müəllifi Pol Attanasiodur. Serialın yaradıcısı kimi tanınan Devid Şor isə əsasən baş qəhrəmanın konsepsiyasına cavabdeh olub. Serialın icraçı prodüserləri Devid Şor, Pol Attanasio və onun həmkarı Keyti Yakobs, həmçinin Brayan Sinqer olub. Serial əsasən Los-Ancelesdə, "Century City"-də lentə alınıb və ABŞ-dakı ən yüksək reytinqli seriallardan biri olmuşdur. Serial boyunca Haus tez-tez öz diaqnostika komandası da daxil olmaqla həkim həmkarları ilə mübahisələrdə olur, çünki onun pasiyentlərinin xəstəlikləri haqqında hipotezləri əsasən incə və ya mübahisəli detallara əsaslanır. Xəstəxana qaydalarına əməl etməməsi onu tez-tez onun müdiri, xəstəxana administratoru və tibbi dekan Liza Kaddi (Liza Edelşteyn) ilə münaqişələrə sürükləyir. Hausun yeganə dostu isə xəstəxananın onkologiya departamentinin rəhbəri Ceyms Vilsondur (Robert Şon Lenard).
Doktor Kim (teleserial, 1963)
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə gədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Dostlar (teleserial, 1994)
Dostlar (ing. Friends) - NBCdə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 22 sentyabr 1994-ci ildə yayımlanmışdır. 10 mövsüm davam etmişdir. Manhettendə yaşayan bir qrup dostun həyatı ətrafı haqqında danışılan serial Warner Bros. Televiziya şirkəti ilə əlaqəli Bright/Kauffman/Crane Productions-ın istehsalıdır. Onun icraçı prodüserləri Kevin S. Bright, Marta Kauffman və David Crane-dir. Kauffman və Crane 1993-cü ilin noyabr-dekabr aylarında Insomnia Cafe adı altında Dostlar üçün ilk dizaynları hazırladılar. Onlar ideyanı Brighta göstərdilər və üçü birlikdə yeddi səhifəlik layihəni NBC-yə təqdim etdilər. Bir çox ssenari dəyişikliyindən və adının bizim kimi Dostlar olaraq dəyişdirilməsi kimi yenidən yazılmasından sonra serial nəhayət Dostlar adlandırıldı.
Dostluq Telləri (1971)
Dostluq telləri (film, 1971)
Drakula (teleserial, 2013)
Drakula — 2013-cü ildə Sky Living və NBC telekanallarında yayımlanması gözlənilən Britaniya-ABŞ birgə istehsalı olan limitli serialdır. Serialın premyerası 25 oktyabr 2013-cü il tarixdə, Qrimm serialının yeni seriyasının yayımlanmasından sonra, NBC telekanalında həyata keçiriləcək. Serial Brem Stokerin məşhur Drakula romanının mövzu və obrazları əsasında Kol Heddon tərəfindən yaradılır. HBO telekanalında yayımlanan Karnaval serialının yaradıcısı olan Denyel Nauf isə baş yazar kimi Heddonla birgə çalışır. Pilot seriyanın rejissoru Stiv Şilldir. 2012-ci ilin yanvar ayında telekompaniya serialın çəkilməsi öhdəliklərini üzərinə götürdüyünü açıqlamış, 2012-ci ilin iyul ayında isə 10 seriyanın planlaşdırıldığını bildirmişdi. 10 may 2014-cü ildə NBC telekanalı "Drakula" serialının yarımçıq dayandırıldığını elan etdi. == Mövzu == Filmdə XIX əsr, Viktoriya dövrünün London həyatı və Londonda peyda olan Drakulanın macəralarından bəhs ediləcək. Drakula burada müasir elmləri öyrənməyə və viktorian cəmiyyətinə inteqrasiya olunmağa çalışır. Xüsusilə işıqdan gizlənənlərin qaranlıq gecələrini aydınladan elektrik enerjisi onun çox diqqətini çəkir.
Dronqo (teleserial, 2002)
"Dronqo" (rus. Дронго) — rejissor Zinovi Royzmanın 13 seriyalı filmi. == Məzmun == Serial boyu məşhur ekspert Dronqo "qırmızı siyahı"nın axtarışına çıxır. == Film haqqında == Film Çingiz Abdullayevin romanlarının motivləri əsasında çəkilmişdir. 13 seriyadan ibarətdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Çingiz Abdullayev Ssenari müəllifləri : Çingiz Abdullayev, Ramil Yamaleyev, Zinovi Royzman Quruluşçu rejissor : Zinovi Royzman Quruluşçu operatorlar : Dilşad Fatxulin, Vladimir Dmitriyevski Quruluşçu rəssamlar : Aleksandr Tolkaçyov, Nikolay Terexov Bəstəkar : Yevgeni Şiryayev Səs rejissoru : Oleq Zilberşteyn Baş prodüser : Vladilen Arsenyev Redaktorlar : Andrey İvanov, Vladimir Şmakov Musiqi redaktoru : Yelena Ulyanova Vokalist : Lyubov Kazarnovskaya İcraçı prodüser : Yuri Masyuk Prodüser-koordinatorlar : Aleksandr Malıgin, Nadejda Lukyanova, İqor Porşnyev Çəkiliş qrupunun direktoru : Aleksandr Nahimson Geyim rəssamı : Svetlana Luzanova Qrim rəssamı : Zahidə Şərəfütdinova Rejissorlar : İqor Royzman, Aleksandr Boqun Məsləhətçi : Aleksandr Mixaylov (general-leytenant) Trüklərin quruluşçusu : Sergey Vorobyov Montaj edən : Qalina Dyakonova Operatorlar : Y. Lebedev, S. Lojnikov Rəssam-dekoratorlar : A. Bessolisin, A. Vlasov Rejissor assistentləri : M. Qamulin, P. Qudkov, Y. Qoryainova, O. Loginova, A. Maksimova, E. Sitnik, O. Yurasova Rejissor köməkçisi : N. Şimbiryeva Geyim rəssamı assistenti : Y. Dorojkina Səsləndirmə üzrə səs rejissoru : V. Şuster Səs operatoru assistentləri : A. Kupriyanov, T. Platonov, V. Novikov Səs tərtibatı : F. Yanpolskaya, D. Zuyev, N. Jarova, M. Kalaşnikova, A. Yaroşenko Musiqi yazılışı : "Sound Time" studiyası Rəqəmsal montaj : S. Xiçay Montaj üzrə assistentlər : M. Çanayax, Y. Platonova Rəng tənzimləyicisi : A. Polevoy İnzibatçılar : N. Vlasovskaya, L. Brızqalina, D. Stroyev, A. Rudenski, D. Torçinski, V. Şişkin, D. Narımov Mühasiblər : N. Klimova, A. Testova Qrim : O. Akimova Geyim ustası : O. Ananyeva İşıq ustaları : A. Məmmədov, O. Buzinov, A. Burdo, S. Kalıgin, P. Borisoviç Rekvizit ustaları : N. Nazarkina, F. Burdo Pirotexnik : Y. Şulenin Sürücülər : M. Burdakov, K. Çopuşkin, S. Orlov, M. Sorokin, F. Dubinski === Azərbaycanda çəkiliş qrupu === Quruluşçu rəssamlar : Rafiz İsmayılov, Rafiq Nəsirov Direktor : Nadir Əliyev Geyim rəssamı : Tatyana Əmirova Rejissor assistenti : Ötkəm İsgəndərov Operator : A. Salayev Səs texniki : Bəkir Bəkirzadə Pirotexniklər : A. Məmmədov, R. Kərimov Rekvizitçi : İ. Səfərov Kaskadyor : A. Məmmədov Elektrik : F. Həsənov Quruluşçular : V. Mirski, E. Hüseynova, M. Markov, Ş. Əhmədov, F. Ağayev, B. Sarkasov, K. Hüseynov, D. Cabbarov, R. Mirzəyev Sürücülər : K. Əliyev, E. Bayramov, T. Xanəliyev, Z. Əhmədov, İ. Səfərov, N. Qasımov, S. Tağıyev İşçilər : Q. Heybətov, İ. Rəsulov İnzibatçılar : Ə. Səmədov, A. Kərimov === Nyu-York çəkiliş qrupu === Təşkilatçılar : K. Dvroski, S. Konenkov, D. Velet === Paris çəkiliş qrupu === Təşkilatçı : Mişel Lobko (Maratier, SVL) === Rollarda === İvar Kalnınş – Dronqo Zurab Kipşidze – Xotivari Yaroslav Boyko – Çijov Mixail Jiqalov – Mixeyev Andrey Rostoski – Vağ Sergey Qazarov – Bağırov Boris Ximiçyov – Ryaboy Olesya Sudzilovskaya – Marta Rüstəm Saqdullayev – Cəfərov Fəxrəddin Manafov – Sadıqov Viktor Verjbiski – Nikitin Aleksandr Nazarov – Nilaşi Gennadi Sayfullin – Vladimir Vladimiroviç Aleksandr Yasko – İonidis Jan Daniel – Sarkisyan Murad Rəcəbov – Paşayev Vladimir Dolinski – Qoldberq Rasim Balayev – Kazımov Qalina Şevyakova – Elen Sergey Petrov – Lauton Valentin Smirnitski – Lazarev Aleksandr Tyutin – Şarov Sergey Varçuk – təmizləyən David-Defi Qogibedaşvili – Nestor Vyaçeslav Nevinnı – Morozov Marina Kaxiani – Tamara Otar Koberidze – D. Qogiya Oleq Korçikov – matros Kaxi Kavsadze – general Lev Prıqunov – Köpək dişi Anna Leqçilova – Rita İqor Klass – Cəllad === Epizodlarda === Pərviz Məmmədrzayev – Pərviz Acalov Həmidə Ömərova – Elmira Anar Heybətov – Ramazan Ötkəm İsgəndərov Sadıq Əhmədov Firdovsi Atakişiyev Kamran Yunis Məbud Məhərrəmov === Filmi səsləndirənlər === Aleksandr Klükvin – Dronqo (İvar Kalnınş) (titrlərdə yoxdur) Vladislav Qalkin – Vağ (Andrey Rostoski) (titrlərdə yoxdur) == Çəkilişə köməklik edən qurumlar == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Beynəlxalq Ticarət Limanı "Azal" Avia Şirkəti Gürcüstanın Azərbaycan səfirliyi Azərbaycan Beynəlxalq Bankı İmair Hava Yolları "Azərbaycanfilm" kinostudiyası Cinealliance "Xarı bülbül" restoranı "Anadolu" restoranlar şəbəkəsi "Xlestakov" restoranı (Moskva) "Yekaterina" xəz firması (Moskva) "Panço Vilya" restoranı (Moskva) "Doug & Marty, s" restoranı (Moskva) "Yunilüks" zərgərlik salonu (Moskva) Rusiya Federal Müdafiə Xidməti "Ovako" (texniki dəstək) "Özəl arxiv" (Moskva) "Central Production International" (Moskva) "Mosfilm" kinostudiyası "Dr. Loder" sağlamlıq mərkəzi Domodedovo hava limanı "Sobi" turist firması Amerika Tibb Mərkəzi == Çəkilişə kömək edənlər == Polad Bülbüloğlu (Azərbaycan Mədəniyyət Naziri) Elçin Quliyev (general-mayor) Akif Rəfibəyli (Ədliyyə general-mayoru) Aydın Qasımov (general-mayor) Akif Rüstəmov (polkovnik-leytenant) Ömər Eldarov (akademik) Sənan Əlizadə (professor) Cəbrayıl Əliyev (polkovnik-leytenant) Bəhmən Hüseynikov Rəşad İbrahimov Vladimir Yurşov E. Akxuzin Y. Anisimov S. Devyatov V. Ruzin M. Ruzin D. Şufutinski Mariya Permyakova S. Polşkov Olqa Vasilyeva Yelena Maslova == Mənbə == Дронго (2002) Mükərrəmoğlu, M. "ORT televiziyası 13 seriyalı "Dronqo" filminin nümayişini başa çatdırdı" //Xalq.- 2002.- 24 oktyabr.
DuMont Television Network
DuMont Television Network — keçmiş Amerika televiziya şəbəkəsidir. Ticarət yayımının qabaqcıllarından biri olan DuMont 1946-cı ildə başlamışdır və NBC və CBS ilə yarışmışdır. DuMont-un mövcudluğu, Federal Rabitə Komissiyasının qaydalarına uyğun olaraq, yayımın həddən artıq yüksək qiyməti ilə yanaşı, rəqiblərinin proqramları qazandıqları radioda tarixin çatışmazlığına da mane oldu. 1948-ci ildə başlanan radio, NBC, CBS və ABC kimi 1950-ci illərin əvvəllərində televiziya qazanc əldə edərkən bir neçə yeniliyə baxmayaraq DuMont-u təsirli bir şəkildə məhv etdi. Şəbəkə 1956-cı ilin avqustunda yayımını dayandırdı. Televiziya tarixçisi David Uenşteyn, DuMont adlı "The Forgotten Network" adını çəkərək eyni adlı kitabda ağın tarixini izah edir. 1970-ci illərdə demək olar ki, bütün DuMont istehsal proqramları itirildiyinə baxmayaraq, ABŞ-nin tarixi və retrospektivləri haqqında bir sıra kanal proqramları dövri olaraq qeyd olunur. DuMont, on il ərzində 20.000-dən çox epizod istehsal etdi, amma 1970-ci illərin əvvəllərində bütün kitabxana ABC tərəfindən məhv edildi, məhsulun hüquqları isə anbarda yeni bantlar üçün yer açdı. Yarım əsr boyunca, DuMont yayımı dayandırmaq üçün yeganə əsas televiziya şəbəkəsi olaraq qaldı. CBS Corporation və Time Warner, WB və UPN-ni yeni bir televiziya şəbəkəsinə, CW-yə birləşdirmək üçün 2006-cı ilə qədər bağladı.
Döngələr (teleserial, 2012)
"Döngələr" — Çoxseriyalı film. Filmi Carçı Film çəkmişdir. == Haqqında == Filmin rejissoru Cavid Təvəkküldür. "Döngələr"in iknici rejissoru Rövşən Ağayevdir. Ekran işində baş rolları əməkdar artist Eldəniz Rəsulov və Abbas Qəhrəmanov oynayıblar. Filmin ssenari müəllifi yazıçı-publisist, dramaturq Rafiq Səməndər, direktoru isə İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovdur. == Məzmun == Yarı detektiv və yarı melodram janrında olan filmdə 1988-1989-cu illərin hadisələri cərəyan edir. Filmdəki hadisələr maraqlı xətt üzrə cərəyan edir. == İstinadlar == == Mənbə == Cansail, Y. "Döngələr": [rejissoru Cavid Təvəkkül olan eyni adlı bədii televiziya filmi haqqında] //Mədəniyyət. — 2011.- 20 iyul.- S. 10.
Dövlət Teleradio Verilişləri Şirkəti
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == === Başlanğıc === Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Dövlət Televiziya və Radio Verilişləri Komitəsi (NMR)
Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycanın ilk regional televiziyası. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb. 2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır. 2018-ci ildən Televiziyanın nəzdində Naxçıvan MR-in ilk informasiya agentliyi olan "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır. 1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur.
Döyüşçü (teleserial, 2017)
Döyüşçü (türk. Savaşçı) — Süleyman Çobanoğlunun yazdığı ssenari əsasında Volkan Qocatürkün rejissoruluğu ilə çəkilən Türkiyə döyüş və hərbi teleserialı. Teleserialda Bərk Oqtay, Murad Sərəzli, Sarp Ləvəndoğlu və Ulduz Çağrı Atiksoy rol alıblar. == Süjet == Teleserialın süjeti 15 iyul 2016-cı il tarixində, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı başlayır. Kapitan Kağan Bozok (Bərk Oqtay) və polkovnik Xəlil İbrahim Kopuz (Murad Sərəzli) daha əvvəlki məhkəmə işləri nəticəsində həbsə düşmüş iki Türkiyə Silahlı Qüvvələri zabitidir. 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən sonra dövlətin ali qurumları Kopuzun vəzifəsinə geri qayıtmağını tələb edir. Kopuz, əvvəllər rəhbərlik etdiyi "Qılınc Əməliyyat Qrupu" (türk. Kılıç Timi) heyətinin yenidən qurulması şərti ilə vəzifəsinə geri qayıdacığını deyir. İlk vaxtlarda etiraz edilsə də, polkovnik Kopuzun vəzifəsinə geri qayıtması üçün daha sonra əməliyyat qrupu yenidən yığılır. Qılınc Əməliyyat Qurpunun bəzi üzvləri ordudan atılmış, bəziləri isə həbsə düşmüşdülər.
Dünya Telekanalı
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. == Tarixçə == "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Dünya Televiziyası
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. == Tarixçə == "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Düşən Pul (teleoyun)
10 milyon televiziya oyunudur.
Dəcəl öpüş (teleserial, 2010)
Dəcəl öpüş (ing. Playful Kiss) — 2010-cu ilin Cənubi Koreya romantik-komediya teleserialıdır, baş rollarda JUNG SO MİN və KİM HYUN JOONG -dur. Bu serial MBC-də 2010-cu il sentyabrın 1-dən oktyabrın 21-ə qədər çərşənbə və cümə axşamı günləri saat 21:55-də yayımlanıb. == Sujeti == Serialın mövzusu orta məktəb illərində Baek Seung Jo'ya aşiq olan Oh Ha Ni'nin heç imtina etmədən Baek Seung Jo'yu əldə etməsidir. Təbii ki, olaylar yazıldığı qədər asan keçmir. Ha Ni necə Baek Seung Jo'ya aşiqdirsə, Boong Joon Go ( LEE TAE SUNG)-da Ha Ni-yə o cür aşiqdir.Ha Ni üçün așçı belə olmuştur. Amma Ha Ni onu 4 il sonra rəddetmişdir. Serial Ha Ni'nin atası ilə yaşadığı evin 2.2 bal gücü zəlzələ nəticəsində dağılması ilə başlamışdır .Atasının çox yaxın keçmiş dostu onları xəbərlərdə görəndə öz evlərinə dəvət edir. Ha Ni və atası yaxşı vəziyyətdə olmadıqları üçün bu təklifi qəbul edirlər .Ha Ni çamadanını alıb arxasını dönəndə Baek Seung Jo'nu qarşısında görür və çaşbaş qalır. Məgər Baek Seung Jo atasının dostunun oğlu imiş.
Dədə Qorqud oğuznamələri (teleserial)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dəfnə ağacı (teleserial, 2016)
Dəfnə ağacı — Azərbaycan teleserialı. == Məzmun == İlqar Fəhminin povestinin motivləri əsasında çəkilmişdir. Serialda üç dost Tural (Ülvi Həsənli), Kamran (Tural Əhməd) və Səlim evdə toplaşaraq yeyib-içirlər. Sonradan Kamran (Tural Əhməd) və Səlim arasında mübahisə düşür. Və mübahisə nəticəsində Kamran (Tural Əhməd) Səlimi bıçaqlayaraq öldürür. Bu zaman Tural (Ülvi Həsənli) sərxoş olduğundan heç nədən xəbəri olmur və bundan istifadə edən Kamran (Tural Əhməd) Turala (Ülvi Həsənli) yalandan cinayəti onun etdiyini deyir və bütün hadisələr də bundan sonra başlayır.
Dəli ürək (teleserial, 1998)
Dəli ürək — Sinegraf istehsalı, rejissorluğunu Osman Sınavın etdiyi Türkiyə serialı. == Mövzu == Əsgərlikdən məzuniyyətə gəldiyi vaxtlarda, qardaşı Əli, bacısı Nazlı və dostu Gülçin ilə parkda gəzmək üçün dayandıqları vaxtda, terrorçular tərəfindən pusquya düşürülən hərbi maşına atəş açıldığı sırada Yusif Miroğlu, terrorçular ilə döyüşmüş və münaqişədən sonra medya onu qəhrəman elan etmişdir. Əsgərlikdən gələndən sonra, uşaqlığından bəri marağı olduğu Qara Həmid qarşısına çıxır, ancaq Qara Həmid Yusifi tanımır. Həmin gün Qara Həmid silahlı hücumdan Yusif Miroğlu tərəfindən qurtarıldığı üçün, bütün gözlər Yusif Miroğlunun üzərində olur. Əsgərlik yoldaşı olan Yılmaz ilə bu vaxtda qarşılaşmışdır. Yılmaz Kəsik Rəcəbin adamı olduğu üçün Yusifi Rəcəbin yanına aparır, ancaq Rəcəbin Qara Həmidə hazırlamış olduğu sui-qəstin Yusif Miroğlu tərəfindən qarşısı alındığını biləndə ona qarşı tərs davranır. Beləliklə Yusif Miroğlu, Qara Həmidin yanında olub və burada mafioz aləmində məşhurlaşır. Yusif Miroğlu Fərayəni ilk dəfə olaraq maşın ustasında görüb və burada Ayşənin müəlliməsi olduğunu öyrənməsi sonrasında, arda-arda gələn təsadüflər ilə Fərayəyə aşiq olur. Fərayə məşhur iş adamı Gürkan Uluxanın qızıdır. Bundan başqa, Gürkan Uluxan və Savaş Doğan nişançıdüzü ərazilərini alaraq Plaza qurmaq istəyirlər.
Dəlilər (teleserial, 2007)

Значение слова в других словарях