Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur.[1]
Diriliş:Ərtoğrul | |
---|---|
türk. Diriliş: Ertuğrul | |
Janr | Tarixi |
Rejissor | Burak Cem Arlıel |
Prodüser |
Mehmet Bozdağ Kemal Tekden |
Yaradıcısı | Mehmet Bozdağ |
Ssenarist | Mehmet Bozdağ |
Rollarda |
Əngin Altan Düzyatan Kaan Taşaner Didem Balçın Osman Soykut Mehmet Çevik Serdar Gökhan |
Bəstəkar |
Alpay Göltekin Zeynəb Alasya |
İstehsalçı ölkə | Türkiyə |
İl | 2014 |
Studiya | MNS |
Dil | Türkcə |
İlk çıxış tarixi | 10 dekabr 2014 |
Mövsüm sayı | 5 |
Seriya sayı | 150 |
Davametmə müddəti | 140 dəq. |
Telekanal | TRT 1 |
DublyajAz | AZTV |
IMDb | ID4320258 |
Format | Teleserial |
Sonrakı | Quruluş: Osman |
trt.tv/diziler/dirilis-e… | |
Vikianbarda əlaqəli mediafayllar |
Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır.[2] Serialın 2015-ci ildə Kann kinofestivalında "şərəf qonağı" olaraq iştirak edəcəyi deyilir.[3]
Serial 2019-cu ilin 29 may günündə bitmişdir.
== Rollarda
Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.[4]