1. Azacıq o yan-bu yana hərəkət etdirmək, əsdirmək, tərpətmək.
…Sübhün həzin yeli yaşıl yarpaqları titrədir, …çiçəklər baş-başa verərək bülbülün yanıqlı nəğməsinə səbəb olurdu.
[Fəhlə] gözünü yavaş-yavaş aşağı enən kvadrata dikərək tormozun dəstəyini asta-asta titrədir və qazırdı.
// məc. Sarsıtmaq, yerindən tərpətmək.
Hər gün top kimi guruldayan səslər yüksək, başıqarlı, dağları titrədir.
Bütün gecəni davam edən şiddətli tufan səhərə kimi dağları, dərələri titrətdi.
2. Bədəninə titrətmə, üşütmə düşmək.
[Fatma xanım:] Bu gecə sabaha kimi titrətmişəm.
[Sərvnaz Şahmara:] Nəcəfalı titrədib, yıxılıb yorğan-döşəyə. Od kimi yanır, heç halı özündə deyil.
3. məc. “Ürəyini”, “qəlbini”, “vücudunu” və s.
sözlərlə – həyəcanlandırmaq, həyəcana gətirmək, sarsıtmaq. Həzin musiqi səsi ürəkləri titrədir.
– Barmağını zəngin düyməsinə basdıqda, içəridən [Mehribanın] yeknəsəq… səsi eşidildikdə Zeynalın sanki vücudunu titrətdi.