TOUŞ

(Ağdam, Kürdəmir, Qazax, Zərdab)
görmə qabiliyyəti, gözün işığı
◊ To:uşunu aparmax (Ağdam, Zərdab) – görmə qabiliyyətini itirmək, gözü zəifləmək. – Kitaf gözümün to:uşun aparıf, o qədər oxumuşam kı (Ağdam). Touşu kəsilməx’ (Qazax) – 1. qamaşmaq; 2. gözü qaralmaq. – Gör nə gözəl buğdadı! Kəhrava kimi gözün to:uşun kəser baxanda (Qazax). To:uşu getməx’ (Ağdam, İmişli, Zərdab) – 1. qamaşmaq; 2. gözü qaralmaq; 3. gözü zəifləmək. – Atam üç arşın parça almışdı, baxanda adamın gözünün to:uşu gedirdi (Zərdab); – Day qocalmışam, gözümün to:uşı gedib (İmişli)
TO:ULAMUX
TOV