TRIGGER-HAPPY

adj 1. d.d. silahla ağılsız / düşüncəsiz davranan; to be ~ hədəfi müəyyən etmədən atəş açmaq; 2. davakar, təcavüzkar

TRIGGER
TRIGONOMETRIC
OBASTAN VİKİ
Danganronpa: Trigger Happy Havoc
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.
Trigger (şirkət)
Trigger Inc. (株式会社トリガー, Kabushiki kaisha Torigā, TRIGGER və Studio Trigger kimi də tanınır) — 22 avqust 2011-ci ildə Gainax əməkdaşları Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən yaradılmış Yaponiya cizgi filmi studiyası. == Biznes == Trigger Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən Gainax-ı tərk etdikdən qısa müddət sonra 22 avqust 2011-ci ildə yaradılmışdır. Studiyanın adı və saytı 2011-ci ilin oktyabrında məlum olmuşdur. Müxtəlif layihələr üzərində digər studiyalarla əməkdaşlıq edən studiya "Little Witch Academia" adlı qısametrajlı anime və "Kill la Kill" adlı anime serialı (2013-cü ilin oktyabrından 2014-cü ilin martına kimi) ilə məşhurluq qazanmışdır. "Little Witch Academia" animesinin ikinci seriyasını çəkmək üçün studiya Kickstarter layihəsini başlatmışdır. Layihə yaxşı qarşılanmış və 5 saat içində 150.000 $ əldə olunmuşdur. Bu göstərici daha sonra 625.518 $-a çatmışdır. 11 mart 2014-cü ildə studiya eyniadlı anime əsasında "When Supernatural Battles Became Commonplace" animesini çəkmişdir.
Happy birthday to you
Happy birthday to you — dünyada ən çox oxunan mahnı hesab edilir. Mahnının əsl qaynağı amerikalı iki bacıya aiddir. Orijinal adı "Good Morning to All"Ş yəni "Hamınıza sabahınız xeyir" olmuşdur. Daha sonra mahnının mətni dəyişdirilərək bütün dünyaya indiki adı ilə yayılmışdır. Lakin müəlliflik haqqı bacılara aiddir, onlardan sonra da "Warner chappel" musiqi şirkətinə keçmişdir.