Triqonometriya
Triqonometriya (yunanca τρίγωνο trígono „üçbucaq" və μέτρον métron „ölçü") - həndəsənin və bununla riyaziyyatın bir hissəsi olub üçbucaqların tərəflərinin uzunluğu və bucaqları arasındakı münasibətləri öyrədir. Əgər məsələlərin həlli müstəvidə baxılarsa onda bu müstəvi triqonometriyası adlanır, fəzada baş verənlərlə sferik triqonometriya və hiberbolik triqonometriya məşğul olur.
Triqonometriyanın əsas vəzifəsi üçbucağın verilmiş üç parametri (yan tərəfi, bucağı, meridian və s.) əsasında yerdə qalanlarını təyin etməkdən ibarətdir. Köməkçi vasitə kimi triqonometrik funksiyalardan sin, cos, tan, cot, sec və csc tətbiq edilir. triqonometrik hesabatlar həmçinin daha mürəkkəb həndəsi fiqurlara (poliqonlar, stereometriyadakı fiqurlar) da tətbiq edilə bilər.
== Düzbucaqlı üçbucaqda triqonometriya ==
Triqonometrik məsələlərin həlli düzbucaqlı üçbucaqda nisbətən sadədir. Üçbucağın bucaqlarının cəmi 180° olduğundan düzbucaqlı üçbucaqlarda düzbucaq ən böyük bucaqdır. Onun qarşısında ən böyük tərəf – hipotenuz durur. Yerdə qalan iki qısa tərəf katetlərdir.
Düzbucaqlı üçbucaq üçün bəllidir:
Verilmiş bucağın Sinusu = Qarşı katet/Hipotenuz
Verilmiş bucağın Kosinusu = Qonşu katet/Hipotenuz
Verilmiş bucağın Tangensi = Qarşı katet/Qonşu katet
Verilmiş bucağın Kotangensi = Qonşu katet/Qarşı katet
Verilmiş bucağın Sekansı = Hipotenuz/Qonşu katet
Verilmiş bucağın Kosekansı = Hipotenuz/Qarşı katetBuradan güründüyü kimi, üçbucağın yalnız bucaqlarının qiymətləri verilərsə onda onun tərəflərini tapmaq çətinlik yaradır.