TƏHKİM

is. [ ər. ] (əsasən “etmək”, “edilmək”, “olmaq”, “olunmaq” köməkçi feilləri ilə işlənir).
1. Birinin sərəncamına, ixtiyarına vermə (məşğələ keçmək, öyrətmək, xidmət etmək və s. üçün), birinin üzərinə bu və ya başqa vəzifə qoyma. Geri qalan şagirdləri əlaçılara təhkim etmək.
– Azərbaycan qadınları arasında işləmək üçün firqə [Məsməni] çalışmaqda olduğu arteldən alıb, qadınlar şöbəsinə təhkim edir. S.Hüseyn.
[Firəngiz:] Ancaq aranızda olan ferma, yaylaq işçiləri, yaxşı olar ki, …təhkim olunduğu fermaya getsin( lər). B.Bayramov.

2. Hər hansı bir məqsədlə, yaxud xidmət və ya istifadə üçün bir yerə qeyd olunma (etmə). Pəhriz yeməkxanasına təhkim olunmaq.

Etimologiya

  • TƏHKİM Ərəbcə möhkəm sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏHƏYYÜR
TƏHKİMÇİ₂
OBASTAN VİKİ
Təhkimçilik hüququ
Təhkimçilik hüququ — feodal dövlətində kəndlinin feodaldan tam asılılığını şərtləndirən hüquq normalarının məcmusu, müəyyən bir feodalın inzibati və məhkəmə hakimiyyətinin irsi tabeçiliyi, kəndliləri torpaq sahələri tutmaq və daşınmaz əmlak əldə etmək hüququndan məhrum etmək, bəzən - feodalın kəndliləri torpaqsız ələ keçirmə fürsəti.

Digər lüğətlərdə