1. Kədərlənmə, acıma, heyifsilənmə, təəssüflənmə; kədər hissi.
□ Təəssüf etmək (eləmək) – bax təəssüflənmək 1-ci mənada.
[Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək.
[Əkrəm:] Təəssüf edirəm ki, sənin yazını oxuyub anlaya bilmədim.
2. Birisinə acıma, ona canı yanma, yazığı gəlmə.
□ Təəssüf etmək (eləmək) – bax təəssüflənmək 2-ci mənada.
◊ Təəssüf ki, təəssüflər olsun ki – heyif ki, əfsus ki.
[Uğur:] Təəssüf ki, müharibə imkan vermədi, qurtaram.
[Yaqub Aslana:] Təəssüf ki, ailəmizi tanımırsan.