UCABOYLU

UCABOYLU [Kərim:] Anam deyir ki, onların məktəbinə balacaboylu uşaqları qabaqda, ucaboyluları dalda oturdurdular, müəllimin yazdığını gərək hamı görə (M.İbrahimov); CAYDAQ (arıq, uzun) Tahir hələlik, – deyə gülə-gülə uzun, caydaq qıza əl elədi.. (M.Hüseyn); HÜNDÜR Camal atası kimi hündür, enlikürək bir oğlandı (S.Vəliyev); HÜNDÜRBOYLU Ağ xalatlı, hündürboylu, gövdəli bir gənc içəri girdi (Çəmənzəminli); SƏRVBOYLU (şair.) Hüsnünü yad eyləsəm, ay sərvboylu dilbərim; Firqətindən çeşmətək axar gözümdən yaşlar (Xətayi); ŞUMAL (məc.) Heybət qabaqdakı qıvrımsaçlı, qarayanız, şumal oğlana müraciət elədi (M.Hüseyn); UCA Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır.. (C.Məmmədquluzadə); UZUN Uzun motalpapaq bir çoban, Sərxanı heç saymır, ağlına gələni deyirdi (M.Hüseyn); UZUNBOY(LU) Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adam istəyirdi (N.Nərimanov); UZUNDRAZ (dan.) Uzundraz zabit Vəzirovu xüsusi salonda gözləyirdi (M.İbrahimov).

UCA
UCADAN

Digər lüğətlərdə

биосе́нсор вы́чеканить капилля́р картезиа́нец коммивояжёр обве́треть облени́ться подка́шлянуть подни́зка реме́сленное га́рнец грибово́дство карбами́дный опроки́дыватель перегора́живаться подзаряди́ться проси́тельский гряда play-writer sneering tomato льнопрядильный помутнение признательный стенать