ULAQ Bəli, Məhəmmədhəsən əmi bir ulaq aldı (C.Məmmədquluzadə); EŞŞƏK Dəyirmançı bir qoca; Minmiş qara eşşəyə; Oğlu da arxasınca; Gedirdilər meşəyə (A.Şaiq); HİMAR (kl.əd.) Əcəb alimnümayanın, əcəb cahil müridanın; Əcəb vəhşi və heyvanın, otuz milyon himarın var (Ə.Nəzmi); XƏR (kl.əd.) Yeddi-səkkiz ayda xamlamışdı xər; Qolları cəng olub qaldı, müxtəsər... (Q.Zakir); TOŞİ (məh.) [Gülbadam:] Oyan, dur gedək. Dədən səni toşiyə mindirəcəkdir.. (N.Nərimanov); UZUNQULAQ Çarvadarlar dolu xurcunu uzunqulağın belinə aşırar, özləri də üstündə yavaş-yavaş, tələsmədən bu kənddən o kəndə sürərdilər (M.İbrahimov).