UYSAL

прил. диал. уживчивый:
1. умеющий легко уживаться, ладить с другими
2. свойственный такому человеку (о характере, нраве и т.п. )
UYMAQ
UYSALLIQ
OBASTAN VİKİ
Uysal
Uysal — Türkiyə soyadı.
Nəcip Uysal
Nəcip Uysal (24 yanvar 1991, Bakırköy, İstanbul ili) —Yarımmüdafiəçi mövqeyində forma geyinən Türk futbolçu. Türkiyə Super Liqası klublarından Beşiktaş PFK-da forma geyinir. == Klub Karyerası == === Beşiktaş PFK === ==== 2009–2010 ==== 14 oyunda 1 məhsuldar ötürmə etmişdir. ==== 2010–2011 ==== 41 oyunda 2 qol 1 məhsuldar ötürmə etmişdir. ==== 2011–2012 ==== 39 oyunda 2 məhsuldar ötürmə etmişdir. ==== 2012–2013 ==== 30 oyunda 1 qol 2 məhsuldar ötürmə etmişdir. ==== 2013–2014 ==== 23 oyunda 1 məhsuldar ötürmə etmişdir. ==== 2014–2015 ==== 37 oyunda 1 qol 2 məhsuldar ötürmə etmişdir. ==== 2015–2016 ==== 43 oyunda 1 qol atmışdır. ==== 2016–2017 ==== 27 oyunda 1 məhsuldar ötürmə etmişdir.
Oya Uysal
Oya Uysal (12 may 1952, İstanbul) — Türkiyə şairi. Yazıdığı ilk şeir 1968-ci ildə nəşr edilmişdir. doğdu. Yazığı şeirlər Adam Sanat, Milliyet Sanat, Gösteri, Düşler və Yaşasın Edebiyat jurnallarında da nəşr edilmişdir. Hal-hazırda şeirləri Kitap-lık, Varlık və Yasakmeyve jurnallarında nəşr olunur. Gənclik dövründə beş kitab nəşr etdikdən sonra 1980-ci illərin ikinci yarısında şeir yazmağa ara verən şair, Uçuruma Düşen Nehir (1997) əsəri ilə Ceyhun Atuf Kansu şeir mükafatına, Mevsimini Kaybetmiş Rüzgâr əsəri ilə 1999 Camal Süreya şeir mükafatına layiq görülmüşdür. 2003-cü ildə nəşr olunan Günaydın Sevgili Gece əsərindən sonra 2008-ci ildə Kimselerin Akşamı, 2012-ci ildə Uzak Olan Sendin, 2014-cü ildə isə Siyah Zaten bir Gecelik adlı şeir kitabı nəşr olunmuşdur.
Gültəkin Uysal
Gültəkin Uysal (türk. Gültekin Uysal; 1976, İscehisar[d], Afyonqarahisar ili) — Türkiyə siyasətçisi. O, Demokrat Partiyanın sədri və Afyonqarahisar millət vəkili olmuşdur. == Erkən illəri == Gültəkin Uysal 3 aprel 1976-cı ildə Türkiyədə, Afyonqarahisarda anadan olmuşdur. İbtidai təhsilini Afyonqarahisarda yerləşən Gedik Əhməd Paşa İbtidai məktəbində, orta təhsilini isə İstanbulda yerləşən Özəl Üsküdar Fazilet Oğlan Liseyində bitirmişdir. Uysal universitet təhsili üçün ABŞ-yə getmişdir. O, Hyuston Universitetində siyasi elmlər üzrə bakalavr təhsilinə başlamışdır. Uysal bakalavr təhsilini Bilkənd Universitetinin Siyasi Elmlər və Dövlət İdarəçiliyi fakültəsində bitirmişdir. Uysal Rəisoğlu Mərmər ailə şirkətində çalışmışdır. O, Türk Ocaqları Afyonqarahisar şöbəsi, Liberal Düşüncə Cəmiyyəti, Afyon Təhsil Vəqfi, Yörük-Türkmən Federasiyası kimi təşkilatlarda fəaliyyət göstərmişdir.
Levent Uysal
Levent Uysal (1968, Mersin ili) — pedaqoq, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Levent Uysal 1968-cı ildə Mərsin ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Mersində alıb. İstanbul Universitetinin İş İqtisadiyyatı İnstitutunun Turizm Bölməsindən məzun olub. İngiltərənin Aston Universitetində magistr, Azteca Universitetində isə PhD dərəcələri alıb. Birləşmiş Ştatların Harvard Universitetində “Laboratoriyadan Bazara Texnologiya” və Massaçusets Texnologiya İnstitutunda isə “Təhsil müəssisələrində İnnovasiyaların Təşəbbüsü” mövzularında təlimlər alıb. Uzun illər aparıcı texnologiya firmalarında rəhbər vəzifələrdə çalışıb. 2010-cu ildə Nişantaşı Təhsil Vəqfini təsis edib. İstanbul Nişantaşı Universitetinin qurucusu olub. 2021-ci ildə Beynəlxalq GUSI Sülh ödülünü alıb.
Nevroz Uysal Aslan
Nevroz Uysal Aslan (1991, Kəmərli[d]) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Nevroz Uysal Aslan 1991-ci ildə Şırnak ilində anadan olub. 2014-cü ildə İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq Diyarbəkir Vəkillər Kollegiyasında çalışıb. Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İstanbul şöbəsinin İdarə Heyətinin üzvü olub. Beynəlxalq platformalarda həbsxanalarda təcrid, qadın hüquqları, insan hüquqları və qarşıdurma mövzusunda məruzələrlə çıxış edib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının Katibi vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.

Значение слова в других словарях