Gültəkin Uysal

Gültəkin Uysal (türk. Gültekin Uysal; 1976, İscehisar[d], Afyonqarahisar ili) — Türkiyə siyasətçisi. O, Demokrat Partiyanın sədri və Afyonqarahisar millət vəkili olmuşdur.[1]

Gültəkin Uysal
7 iyul 2018 – 10 iyul 2018
Vəzifədədir
10 iyul 2018-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1976
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gültəkin Uysal 3 aprel 1976-cı ildə Türkiyədə, Afyonqarahisarda anadan olmuşdur. İbtidai təhsilini Afyonqarahisarda yerləşən Gedik Əhməd Paşa İbtidai məktəbində, orta təhsilini isə İstanbulda yerləşən Özəl Üsküdar Fazilet Oğlan Liseyində bitirmişdir. Uysal universitet təhsili üçün ABŞ-yə getmişdir. O, Hyuston Universitetində siyasi elmlər üzrə bakalavr təhsilinə başlamışdır. Uysal bakalavr təhsilini Bilkənd Universitetinin Siyasi Elmlər və Dövlət İdarəçiliyi fakültəsində bitirmişdir.[2]

Uysal Rəisoğlu Mərmər ailə şirkətində çalışmışdır. O, Türk Ocaqları Afyonqarahisar şöbəsi, Liberal Düşüncə Cəmiyyəti, Afyon Təhsil Vəqfi, Yörük-Türkmən Federasiyası kimi təşkilatlarda fəaliyyət göstərmişdir. Uysalın tərcümələri "Türkiye Günlüğü" və "Pazar" jurnallarında dərc olunmuşdur. Onun babası Ədalət Partiyasından İscəhisar bələdiyyə başqanı və Doğru Yol Partiyasının İscəhisar qurucu rayon sədri, əmisi isə Ana Vətən Partiyasından İscehisar bələdiyyə başqanı olmuşdur.[2]

  1. "Gültekin Uysal | Demokrat Parti". web.archive.org. 25 aprel 2022. 2022-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25. (#invalid_param_val)
  2. 1 2 "Arxivlənmiş aurət". 15 yanvar 2023 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]