WHIZZ

whizz1

n 1. vıyıltı, fit; vızıltı (güllə, ox və s. səsi); ~ of bullets güllə vıyıltısı / sızıltısı; to go with a ~ vıyıltı ilə ötüb keçmək; 2. amer. sl qoçaq / mahir adam, ustad; He is a whizz at football O, futbol ustasıdır; a computer ~ kompyuter ustası, kompyuteri əla bilən

whizz2

v 1. vızıldamaq; vıyıldamaq, vıyıltı ilə keçmək; havanı yararaq vızıltı ilə keçmək; A bullet whizzed past my ear Güllə vızıltı ilə qulağımın yanından keçdi; 2. d.d. ildırım sürəti ilə getmək, sürətlə ötüb keçmək (avtomobil, qatar və s.); Cars went whizzling past Maşınlar ildırım sürəti ilə ötüb keçdi; 3. məc. gicəllənmək, fırlanmaq; That makes my head whizz Bundan (mənim) başım gicəllənir

WHITTLE
WHO