XAHİŞ

XAHİŞ Xanım pəncərədən bağçanı nura qərq eləmiş mülayim payız günəşinə baxıb bu xahişin səbəbini dərhal anladı.. (M.İbrahimov); İLTİMAS (yazılı surətdə xahiş) Odur ki, üzümü tuturam bizim evə tərəddüd edən övrətlərin savadlı ərlərinə və qardaşlarına və orlardan iltimas edirəm ki, mənim iltimasımı özləri oxuyandan sonra, onun məzmununu bizə gələn övrətlərə də yetirsinlər (C.Məmmədquluzadə); MÜRACİƏT Şöbə müdirinin ..müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan bir xəbər çıxmamışdı (S.Hüseyn); RİCA [Qızıl Arslan:] Son ricam budur ki, Toğrula qarşı başladığım hazırlığın əsas məzmununu Azerbaycan xalqı arasında intişar etdirəsiniz (M.S.Ordubadi); TƏMƏNNA Mənim hörmətimdə, zarafatımda; Bir umu, təmənna hiyləsi yoxdur (M.Araz); TƏVƏQQE (köhn.) Hatəmxan isə papiros muzdunun yarısını özünə tənbəki haqqı götürər, yarısını Talıbxana verər, ağız açıb kişilərin təvəqqesini yerinə yetirərdi (S.Rəhimov).

XAHƏR
XAHİŞ ELƏMƏK

Digər lüğətlərdə

биополиме́р брази́льцы замше́лость неподоба́ющий обстре́л обща́га помо́рщиться преполе́зный торба́н трудоёмкость биле́т вчисту́ю несоблюде́ние упа́дочник чистоплю́йский dismembered kebab Osmund paca patriclinous wisenheimer Zulhijjah акварелист буддист перевалиться