xaldarlanmaq
xaldeylər
OBASTAN VİKİ
Yevgeni Xaldey
Yevgeni Xaldey (23 mart 1917, Donetsk, Yekaterinoslav quberniyası – 6 oktyabr 1997[…], Moskva) — II Dünya Müharibəsi zamanı Sovet İttifaqının 1945-ci ildə Almaniyaya qarşı qələbəsini qeyd edən paytaxt Berlində Reyxstaqın üstünə Sovet bayrağını sancmış Abdulhakim İsmayılov adlı sovet əsgərinin fotosunu çəkən Qırmızı Ordunun fotoqrafı idi. Xaldey Yuzovkada (indiki Donetsk, Ukrayna) yəhudi ailəsində anadan olub. Fotoqrafiyaya onun uşaqlıqdan həvəsi olub. Bir fotoqraf kimi on doqquz yaşında TASS sovet mətbuat agentliyi ilə işləməyə başlayıb. Xaldey tarixin bir çox vacib məqamının şahidi olub, II Dünya Müharibəsi və Nürnberq dövründə çəkdiyi fotoşəkilləri ilə xüsusilə məşhurdur. Xaldey 1949-cu ilə qədər TASS ilə işləyib. Antisemitizm artdığına görə Sovet dövləti tərəfindən qovulub. Sonrakı on il ərzində gündəlik həyat səhnələrinə fokuslanan özəl müstəqil fotoqraf kimi çalışıb. 1970-ci ildə təqaüdə çıxmaq məcburiyyətində qalana qədər "Pravda" qəzetində işləyib. Xaldeyin ən məşhur şəkli II Dünya Müharibəsinin sonunda Reyxstaqın üzərində Sovet bayrağını qaldıran Sovet Qırmızı Ordusu əsgərinin fotosu olub.
Xaldeya
Kəldanilər və ya xaldeylər (Babil. Kaldu, İv. כַּשְׂדִּים - Kasdim, yun. Χαλδαίοι ) — e.ə. I minilliyin birinci yarısında Babilistanda yaşamış tayfa. Mesopotamiyanın cənubunda, Fars körfəzinin şimal-qərb sahilindəki Dəclə və Fərat çaylarının arasında, eramızdan əvvəl X-IV əsrlərdə yaşamış semit tayfaları. Babilə sahib olmaq üçün Assuriya ilə döyuşlərdə iştirak edirlər. E.ə. 626-536-cı illərdə Babili, Yeni Babil krallığını quran xaldey sülaləsi idarə edib. Arami dilində danışıblar.
Xaldeylər