Yevgeni Xaldey

Yevgeni Xaldey (23 mart 1916[1], Donetsk, Yekaterinoslav quberniyası6 oktyabr 1997[2][3][…], Moskva) — II Dünya Müharibəsi zamanı Sovet İttifaqının 1945-ci ildə Almaniyaya qarşı qələbəsini qeyd edən paytaxt Berlində Reyxstaqın üstünə Sovet bayrağını sancmış Abdulhakim İsmayılov adlı sovet əsgərinin fotosunu çəkən Qırmızı Ordunun fotoqrafı idi.

Yevgeni Xaldey
rus. Халдей Евгений
Doğum tarixi 23 mart 1916(1916-03-23)[1]
Doğum yeri
Vəfat tarixi 6 oktyabr 1997(1997-10-06)[2][3][…] (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşaqları Anna Xaldey, Leonid Xaldey
Fəaliyyəti Fotojurnalistika
Fəaliyyət illəri 1933–1970
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yevgeni Xaldeyin çəkdiyi foto ilə Reyxstaqın üzərində dalğalanan Sovet bayrağı, marka

Xaldey Yuzovkada (indiki Donetsk, Ukrayna) yəhudi ailəsində anadan olub. Fotoqrafiyaya onun uşaqlıqdan həvəsi olub. Bir fotoqraf kimi on doqquz yaşında TASS sovet mətbuat agentliyi ilə işləməyə başlayıb.

Xaldey tarixin bir çox vacib məqamının şahidi olub, II Dünya Müharibəsi və Nürnberq dövründə çəkdiyi fotoşəkilləri ilə xüsusilə məşhurdur. Xaldey 1949-cu ilə qədər TASS ilə işləyib. Antisemitizm artdığına görə Sovet dövləti tərəfindən qovulub. Sonrakı on il ərzində gündəlik həyat səhnələrinə fokuslanan özəl müstəqil fotoqraf kimi çalışıb. 1970-ci ildə təqaüdə çıxmaq məcburiyyətində qalana qədər "Pravda" qəzetində işləyib.

Xaldeyin ən məşhur şəkli II Dünya Müharibəsinin sonunda Reyxstaqın üzərində Sovet bayrağını qaldıran Sovet Qırmızı Ordusu əsgərinin fotosu olub.

  1. 1 2 http://jewukr.org/observer/eo2003/page_show_ru.php?id=907.
  2. 1 2 3 RKDartists (nid.).
  3. 1 2 Bibliothèque nationale de France Evgueni Khaldeï // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]