XASBULAT

saf polad, xalis polad; möhkəm, sağlam.
XASBƏY
XASI
OBASTAN VİKİ
Ruslan Xasbulatov
Ruslan İmranoviç Xasbulatov (çeç. Хасболтера Ӏимранан кӏант Руслан, rus. Русла́н Имранович Хасбула́тов; 22 noyabr 1942, Qroznı – 3 yanvar 2023, Mojaysk rayonu[d], Moskva vilayəti) — çeçen əsilli Rusiya siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), Rusiya Federasiyası Ali Sovetinin son sədri, əvvəlcə Rusiyanın birinci prezidenti Boris Yeltsinin tərəfdarı, sonra əsas rəqibi və 1993-cü ilin oktyabr ayınadək Rusiya konstitusiya böhranının fəal iştirakçısı; 1994-cü ildə "professor Xasbulatovun Çeçenistandakı Sülhməramlı Missiyası"nın təşkilatçısı idi. 1994-cü ildən Plexanov adına Rusiya İqtisad Universitetində dünya iqtisadiyyatı kafedrasının müdiri. == Həyatı == 22 noyabr 1942-ci ildə Qroznı şəhərində anadan olmuşdur, əsli Çeçen-İnquş MSSR-in Xaraçoy kəndindən gəlir. Çeçenlərin deportasiyasından sonra Qazaxıstana köçürülmüşdür (Şimali Qazaxıstan vilayəti, Bulayevo rayonu, Poludino kəndinə) və uşaqlığı və gənclik illəri orada keçmişdir. 1962-ci ildə Moskvaya yollandı və 1965-ci ildə orada Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdi, 1970-ci ildə həmin universitetin iqtisadiyyat fakültəsinin aspiranturasını bitirdi. 1970-ci ildə Moskva Dövlət Universitetinin ixtisaslaşdırılmış elmi şurasının iclasında namizədlik dissertasiyasını, 1980-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1978-ci ildən Plexanov adına Rusiya İqtisad Universitetində dərs deyir. Yenidənqurma dövründə SSRİ Nazirlər Soveti sosial inkişaf üzrə Bürosunun elmi şurasının üzvü idi, icarə haqqında qanunun hazırlanmasında fəal iştirak edirdi.