XOF

is. [ ər. ] Qorxu.
Qiyamət xofundan, eşq havasından; Əridi, qalmadı yağ ürəyimdə. Aşıq Ələsgər.
Bu sözlər Lətifənin qəlbinə soxulmuş tərəddüd və xofu azaltmadı. M.Hüseyn.
[Mirzəyev Nazlıya:] Bəs şəriət? Bəs Allah xofu? Heç mollanın sözündən çıxmaq olar? Ə.Məmmədxanlı.

□ Xof etmək (eləmək) – qorxmaq, vahimələnmək.
[Harun:] Düşmənin zoru qabağında könül xof eyləməz. Ü.Hacıbəyov.
Mən bu gəlişdən çox xof edirəm, ah! Başqa bir məqsədlə gəlir Bəhram şah. A.Şaiq.
[Qızı] həyat elə mübariz, elə dava-dalaş sevən eləmişdi ki, kişilər yanından keçəndə xof eləyirdi. S.Rəhman.

Xof götürmək – qorxu götürmək, vahiməyə düşmək, vahimə basmaq, xoflanmaq. Məmməd ayılıb gördü ki, Hindistan padşahının qızı Pərixanım yanındadır.
Məmmədi xof götürdü. (Nağıl).

Xofa düşmək – qorxuya düşmək, qorxmaq, çəkinmək, sığınmaq, vahiməyə düşmək, xoflanmaq.
Mələkə xanım bu sözdən xofa düşdü. Qurbani”.
Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm, elə biri haman gün idi ki, atlı Hacı Namazalını xırmandan gəlib apardı nəçərnikin yanına. C.Məmmədquluzadə.
[Əmiraslan bəy:] Yoxsa gopçu Ədilin sözündən xofa düşmüsünüz? S.S.Axundov.
Firəngiz … bəzən xofa düşüb həyəcan keçirirdi. S.Rəhimov.

Xofa salmaq – qorxuya salmaq, qorxutmaq, xoflandırmaq.
Oğlundan ayrılmaq [Rüstəmi] xofa salmağa başlayır. S.Rəhimov.

Ürəyinə xof salmaq – ürəyinə qorxu salmaq.
İkincisi, idarənin qabağındakı maşın [Bayramın] ürəyinə xof salmışdı. Ə.Vəliyev.

Синонимы

  • XOF xof bax qorxu
  • XOF qorxu — dəhşət — vahimə

Антонимы

  • XOF XOF – CƏSARƏT Yoxsa gopçu Ədilin sözündən xofa düşmüşsünüz (S.S.Axundov); İş adamdan cəsarət, qeyrət tələb edir
XOCAXOCA
XOF-XƏTƏR
OBASTAN VİKİ
XON/XOFF
XON/XOFF – asinxron rabitə protokolunun adı; bu protokolda qəbuledici qurğu, yaxud kompüter alınan verilənlər selini idarə etmək üçün xüsusi simvollardan istifadə edir. Buferin aşırı dolması halında qəbuledici kompüter verilənləri ala bilmirsə, o, göndərənə verilişi dayandırmasını bildirən XOFF idarəedici simvolunu göndərir; veriliş davam etdirilə bilərsə, qəbuledici kompüter göndərənə XON simvolunu yollayır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях

вербе́на вы́трястись кругови́на лоску́тница наме́сто наскверносло́вить недрема́нный нюанси́ровать петушо́к разви́нченный Хэллоуин ца́рствование в своём ро́де витражи́ст дока́тываться зака́шивать заплесневе́лость малосне́жный оповести́тельный oofy orle Pompeii вендетта котлетный нейлоновый