Qiyamət xofundan, eşq havasından; Əridi, qalmadı yağ ürəyimdə.
Bu sözlər Lətifənin qəlbinə soxulmuş tərəddüd və xofu azaltmadı.
[Mirzəyev Nazlıya:] Bəs şəriət? Bəs Allah xofu? Heç mollanın sözündən çıxmaq olar?
□ Xof etmək (eləmək) – qorxmaq, vahimələnmək.
[Harun:] Düşmənin zoru qabağında könül xof eyləməz.
Mən bu gəlişdən çox xof edirəm, ah! Başqa bir məqsədlə gəlir Bəhram şah.
[Qızı] həyat elə mübariz, elə dava-dalaş sevən eləmişdi ki, kişilər yanından keçəndə xof eləyirdi.
Xof götürmək – qorxu götürmək, vahiməyə düşmək, vahimə basmaq, xoflanmaq. Məmməd ayılıb gördü ki, Hindistan padşahının qızı Pərixanım yanındadır.
Məmmədi xof götürdü. ( ).
Xofa düşmək – qorxuya düşmək, qorxmaq, çəkinmək, sığınmaq, vahiməyə düşmək, xoflanmaq.
Mələkə xanım bu sözdən xofa düşdü. “ ”.
Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm, elə biri haman gün idi ki, atlı Hacı Namazalını xırmandan gəlib apardı nəçərnikin yanına.
[Əmiraslan bəy:] Yoxsa gopçu Ədilin sözündən xofa düşmüsünüz?
Firəngiz … bəzən xofa düşüb həyəcan keçirirdi.
Xofa salmaq – qorxuya salmaq, qorxutmaq, xoflandırmaq.
Oğlundan ayrılmaq [Rüstəmi] xofa salmağa başlayır.
Ürəyinə xof salmaq – ürəyinə qorxu salmaq.
İkincisi, idarənin qabağındakı maşın [Bayramın] ürəyinə xof salmışdı.