nida [ fars. xuda və ər. hafiz] “Allah hifz eləsin”, “Tanrı saxlasın” mənasında vidalaşıb ayrılanda deyilir – sağ ol! sağ olun! [Şah:] Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! – deyib, taxtdan düşüb hərəmxanəyə rəvanə oldu. Bizim bəzi boşboğaz yazıçılarımız da oxşuyurlar haman təbiblərə ki, azarlının nəbzinə baxandan sonra, “xudahafiz” deyib börklərini axtarırlar. [Əsgər:] Rüstəm bəy, xudahafiz! Məşədi İbad, xudahafiz! – Onda xudahafiz, – deyə kişi qəzəblə donquldanıb yenə getdi. □ Xudahafiz eləmək – bax xudahafizləşmək. Plovdan sonra durdum, xudahafiz elədim… Teleqrafçı xudahafiz edib getdi.