Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtomatik top
Avtomatik top — sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar. Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Tip və Top
"Tip və Top" (alm. Tip und Top‎) — 1974-cü ildə Almaniyada keçirilən FİFA Dünya Kubokunun rəsmi talismanları. == Tarixi == Almaniyalı təşkilatçılar talisman kimi iki yeniyetmə əkizə üstünlük verdilər. Tip və Top düz 10.000 digər namizəd arasından seçilmişdi. biri sarışın və dıgəri qarışın olan qardaşların yanaqlarının hər ikisi də qırmızı idi. Onların üzərlərində yazılan "WM" qısaltması isə almanca "Weltmeisterschaft" sözü demək idi və tərcüməsi Dünya Çempionatı idi. Maraqlıdır ki, almanlar bu talisman üçün 7,5 milyon marka xərcləmişdilər.
Brilliant top
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV–XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla "atəşə tutan" komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT — cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Top (silah)
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Top (şahmat)
Top — Şahmat fiquru. Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir.
Top gölü
Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir. == Ümumi məlumat == Sahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir. Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.
Top göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kiçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. == Top göyərtələrinin sayına görə gəmilərin təsnifatı == Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
ZZ Top
ZZ Top (zizitop oxunur) — 1969-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində qurulmuş blüz rok qrupu. Qrupun tərkibi praktiki olaraq bugünədək dəyişilməz qalıb.
Dutch Top 40
Dutch Top 40 (nid. Nederlandse Top 40) - həftəlik musiqi hit paradı. Hit parad ilk dövrlərdə "Veronica Top 40" adı ilə yayımlanmışdır. Radio Veronicanın tədim etdiyi hit parad ABŞ-nin Billboard Hot 100 hit paradına bənzəyir.
Gümüş top (Portuqaliya)
Gümüş top (por. Bola de Prata) — Portuqaliya Premyer Liqasının mövsüm ərzində bombardir olmuş oyunçusuna təqdim edilən mükafat. Əgər mükafata eyni anda 2 və ya daha çox futbolçu namizəd olarsa bu halda mükafat daha az oyun keçirmiş futbolçuya təqdim edilir. Mükafat ilk dəfə olaraq idman qəzeti sayılan A Bola tərəfindən 1952/53 mövsümünün sonunda sahibinə təqdim edilmişdir.
Qızıl top 1956
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı ilk dəfə 1956-cı ilin 18 dekabrında Stenli Metyuz qazanmışdır.
Qızıl top 1957
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1957-ci ilin 17 dekabrında Alfredo Di Stefano qazanmışdır.
Qızıl top 1958
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1958-ci ilin 16 dekabrında Raymon Kopa qazanmışdır.
Qızıl top 1959
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1959-cu ilin 15 dekabrında Alfredo Di Stefano qazanmışdır.
Top-Komanda Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
Top-level domain
İnternet (internus — daxili və inter — arasında; Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq. 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ni müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı.
"Cavidşünaslıq" araşdırmalar toplusu
"Qardaş köməyi" toplusu
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
100 mm-lik M1944 (BS-3) topu
BS-3 SSRİ tərəfindən yaradılmış olan 100 mm-lik çapa malik tank əleyhinə topdur. Silahın rəsmi adı “100 mm-lik səhra Topu modeli 1944 (BS-3)” (Rusca: 100-мм полевая пушка образца 1944 года (БС-3)) olmuşdur. İkinci dünya müharibəsi dövründə xidmətə qəbul edilmiş top 1950-ci illərə qədər istifadə edilmişdir. 1955-ci ildə Qızıl Orduda yerini MT-12 Rapira tank əleyhinə toplara buraxmışdır. BS-3 modeli bir çox ölkəyə satılmışdır. Bəzi ölkələrin silahlı qüvvələrində hələ də istifadə edilir. Hal-hazırda da, BS-3 toplarına aid olan hissələri Rusiya Silahlı Qüvvələrinin artilleriya bölmələrində tapmaq mümkündür. Ayrıca olaraq, 2012-ci ildə Kuril adalarında yerləşdirilmiş gəmi əleyhinə və desant əleyhinə hərbi birlik olan XVIII artilleriya və pulemyot hərbi birləşməsinin arsenalında ən azı 12 ədəd BS-3 topunun olduğu məlumdur. == Tarixi == BS-3 modeli əslində B-3 dəniz topunun bir başqa forması idi. Konstruksiyası V. G. Grabin tərəfindən həyata keçirilmişdir.
85 mm D-44 divizion topu
85 mm D-44 divizion topu (rus. 85-мм дивизионная пушка Д-44) Sovet istehsalı 85 mm-lik yedəkdə daşınan topdur. SSRİ Silahlı Qüvvələrində istifadə edilən 76 mm-lik M1942 divizion topunu əvəz etmək məqsədilə hazırlanmışdır.
85 mm D-44 diviziya topu
85 mm D-44 divizion topu (rus. 85-мм дивизионная пушка Д-44) Sovet istehsalı 85 mm-lik yedəkdə daşınan topdur. SSRİ Silahlı Qüvvələrində istifadə edilən 76 mm-lik M1942 divizion topunu əvəz etmək məqsədilə hazırlanmışdır.
Adi toppuztikan
Adi toppuztikan (lat. Echinops ritro) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Toppuztikan kökümsovulu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Gövdəsinin yuxarı hissəsi budaqlanan, ağımtıl hörümçək toruna bənzəyən naxışlıdır. Yarpaqları növbəli, yuxarı hissəsi yaşıl, enli-neştərşəkilli, dərin lələkvari-bölümlü, uzunluğu 25 sm, eni isə 6 sm-ə qədər kənarları tikanlı və tikanlı-dişcikli, aşağı yarpaqları saplaqlı olub, əsası oturaqdır. Şarabənzər başcıqlı növünün yarpaqları hər tərəfdən kələ-kötür, nahamar, metalabənzər tükcüklü olub, yapışqanlıdır. Təkçiçəkli səbətciyi sıx, şarabənzər başcıqlı, 4-6 sm diametrində olub, gövdənin və budaqcıqların təpəsində yerləşir. Səbətciyi çoxcərgəli, üç formalı yarpaqcıqlı: xarici yarpaqcıqları qılaoxşar, ölçüsü daxildəkindən bir neçə dəfə qısa, orta yarpaqcıqları yarpağabənzər, demək olar ki, xarici yarpaqcıqlarla bərabər, daxili yarpaqcıqları isə neştərvari, tacın uzun borucuğuna bərabər olur. Adi toppuztikanın daxili yarpaqcıqları göyümtül, şarabənzər başcıqlı digər yarpaqları isə açıq-mavidir. Bütün çiçəkləri boruşəkilli, kasacığı kəkilli adi toppuztikanın tacı isə göyümtül, şarabənzər başcıqlı növündə isə ağdır.
Aeronaviqasiya məlumatlarının toplusu
Aeronaviqasiya məlumatlarının toplusu (ing. Aeronautical Information Publication) — bütün dünyada təhlükəsiz uçuşun həyata keçirilməsi üçün pilot və hava hərəkətini idarəetmə orqanları (ATC, ATM), habelə hava nəqliyyatının idarə olunması, gömrük, sərhəd və sanitariya nəzarəti və hər bir hava limanının və rayon mərkəzinin inzibati qaydaları üzrə tələblər tərəfindən istifadə olunur. == Toplunun məzmunu == Kolleksiya daxildir: Hava limanlarının sxemləri: Aerodrom haqqında məlumat Aerodrom xəritəsi Aerodrom yerüstü hərəkət xəritəsi / enişdən sonra / uçuş üçün Rayon xəritəsi Cihazlar/vizual qaydalar üzrə standart uçuş kartı Cihazlar/vizual qaydalar üzrə standart gəliş kartı Cihazlar/vizual qaydalar üzrə standart yürüş xəritəsi Enməyə daxilolma üçün kart Nodal nəzarət sahələri: Rayon xəritəsi Tranzit marşrutları xəritəsi Qadağan olunmuş rayon bölgələrinin xəritəsi Hər bir bölgə üçün hava trafik məlumat kartları Hər bir rayon üçün gömrük, sərhəd və sanitariya tələbləri. == Toplunun yaradılması və dəyişdirilməsi == Hər bir ölkədə bu toplu dövlət orqanı tərəfindən nəşr olunur və dövlət sənədi hesab olunur. == İstinadlar == == Xarici keçidlər == "Avsim" (rus). 2013-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-22.
Albaniya (toponim)
Albaniya — Qafqazdan Şotlandiyaya kimi müxtəlif ərazilərdə istifadə olunan toponimdir. Dünyada toponim daha çox balkan ölkələrindən biri olan Albaniya Respublikasının adı kimi məşhurdur. == Albaniya (Qafqaz) == Qafqaz Albaniyası (q.yun. Ἀλβανία, [Aluank], orta fars. Arran) e.ə. IV əsrdən b.e. VIII əsrinə kimi Cənubi Qafqazda, müasir Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlətdir. Ölkənin adının mənşəyi tam müəyyənləşdirilməmişdir. Rusiya tarixçisi Kamilla Trever özünün "Qafqaz Albaniyasının tarixi və mədəniyyəti haqqında oçerklər: e.ə. IV əsr – b.e.
Aleksandr Topanov
Aleksandr Mixayloviç Topanov (rus. Алексaндр Михaйлович Топaнов; 10 oktyabr 1903, Şira aymağı, Qərbi Sibir vilayəti[d] – 10 yanvar 1959, Alupka, Krım vilayəti[d]) – Xakas şairi və dramaturqu, Xakas ədəbiyyatının ilk yaradıcılarından biri, xakas əlifbasının və yazı sisteminin müəllifi. == Həyatı == Alexander Topanov 28 sentyabr 1903-cü ildə Yenisey quberniyasının Ust-Fırkal kəndində (indiki Xakasiyanın Şirinsk rayonu) anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almış, sonra Krasnoyarsk Ruhani Seminariyasını, birillik müəllimlik kursunu bitirmişdir. Daha sonra İrkutsk Universitetininin hüquq fakültəsinə daxil olsa da, ancaq vətəndaş müharibəsi ilə bağlı baş verən hadisələr səbəbindən məzun ola bilməmidir. Orta və pedaqoji məktəbdə müəllim işləmişdir. 1927-ci ildən Moskvada Milli Azlıqlar Şurasında çalışmışdır. 1931-1947-ci illərdə Xakasiya Milli Teatrının aktyoru və ilk bədii rəhbəri olmuşdur. O, teatrda həm dramaturq, həm bədii rəhbər, həm də aktyor kimi fəaliyyət göstərmişdir. 1948-ci ildə repressiya qurbanı kimi Xakasiyanı tərk etməyə məcbur olmuş, Krıma köçərək ömrünün sonlarına kimi orada yaşamışdır.
Amerika (toponim)
Amerika — Qərb yarımkürəsində qitə. O, Şimali və Cənubi Amerika qitələrinə bölünür. Qitə Xristofor Kolumbun 1492-ci il səfərindən əvvəl yerlilər tərəfindən bir çox ada malik idi. O tarixdən sonra gələn əcnəbilər isə qitəni Amerika adlandırdılar. Ümumi olaraq, Amerika adının XVII əsrdə, bu iki qitədə tədqiqatlar aparmış İtaliya səyyahı Ameriqo Vespuççidən gəldiyi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixşünaslar müxtəlif açıqlamalar irəli sürüblər. == İstifadəsi == Müasir Azərbaycan dilində, Şimali və Cənubi Amerika ayrı qitələr hesab edilir. Bu, ingilis dilində də eynidir, amma onlar cəmdə "Americas" (azərb. Amerikalar‎) adlanır. Addan tək formada istifadə edən zaman, bu ad sadəcə Amerika qitəsinə aid edilir.
Ankara (toponim)
Ankara — Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhərinın adı. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα (Qədim yunan dilində Anqira və Ankira olaraq tələffüz edilir) olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Ankara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Ankara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Ankara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.
Azərbaycan (toponim)
Azərbaycan — müxtəlif dövrlərdə Şimali və Cənubi Azərbaycan üçün hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim. == Etimologiya == "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır. Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" (fars. Âzarâbâdagân‎) vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır. Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi. Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı. Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər.
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu — Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının dərc edildiyi rəsmi aylıq nəşr. == Tarixi == Toplu Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1996-cı il tarixli Sərəncamı ilə təsis edilmişdir. İlk nömrəsi 31 iyul 1997-ci ildə nəşr olunmuşdur.
Azərbaycan Top Liqası 1992
Azərbaycan Premyer Liqası 1992 — Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının futbol üzrə sayca birinci çempionatı. Turnirin çempionu "Neftçi" klubu olmuşdur. . Sumqayıtın "Xəzər" komandası ikinci, "Turan" isə üçüncü olub. == Format == İlk mərhələdə 26 klub hər birində 13 klub olmaqla iki qrupa bölünmüşdür. Çempionatda 26 komanda iştirak edib. Onlar hər birində 13 komanda olmaqla 2 qrupda mübarizə aparıb. İlk 6 komanda 2-ci mərhələdə 1-12 yerlər uğrunda, digərləri 13-26-cı yerlər uğrunda oynayıb. Mübarizə ilk mərhələnin bütün göstəriciləri saxlanmaqla davam etdirilib. Əsasnaməyə uyğun olaraq turnirdə ən zəif çıxış etmiş 8 komanda aşağı dəstəyə düşüb. Qələbəyə görə komandalar 2 xal, bərabərliyə görə isə 1 xal qazanıblar.
Azərbaycan Top Liqası 1993
Azərbaycan Premyer Liqası 1993 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 2-ci Azərbaycan çempionatıdır. == Məlumat == Qələbəyə görə 2, heç-heçəyə 1 xal verilib. 20 komanda hər birində 10 olmaqla 2 qrupda mübarizə aparıb. Bu komandalardan 2-si – “Nicat”, “Bozqurd” (əvvəlki “Kür” Samux) aşağı dəstədən gələnlərdir. “Azneftyağ” isə əvvəlki “Tərəqqi”dir. Hər qrupdan 3 komanda aşağı dəstəyə düşüb. İlk 2 yeri tutan komanda isə final mərhələsinə yüksəlib. Neytral meydanda keçirilən final mərhələsi pley-off sistemi ilə baş tutub.
Azərbaycan Top Liqası 1993/1994
Azərbaycan Premyer Liqası 1993/1994 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 3-cü Azərbaycan çempionatıdır. == Məlumat == Qələbəyə görə 2, heç-heçəyə 1 xal verilib. 16 komanda dairəvi sistemlə mübarizə aparıb. Bu komandalardan 2-si – “Avtomobiçi”, “Xəzri-Eltac” (əvvəlki “Xəzri") aşağı dəstədən gələnlərdir. “Bakı Fəhləsi” isə əvvəlki “Nicat”dır. “Kür” 1-ci dövrədən sonra “Kür-Nur” olub. 4 komanda aşağı dəstəyə düşüb. “Neftçi” “Turan”la səfər oyunundan sonra çempionatdan çıxıb və son 8 matçda oynamayıb, texniki məğlubiyyət alıb.
Azərbaycan Top Liqası 1994/1995
Azərbaycan Premyer Liqası 1994/1995 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 4-cü Azərbaycan çempionatıdır. Xəzər Lənkəran 12-ci turdan sonra çıxışını dayandırıb, qalan oyunlarda 3:0 hesablı texniki məğlubiyyət verilib.
Azərbaycan Top Liqası 1995/1996
Azərbaycan Premyer Liqası 1995/1996 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 5-ci Azərbaycan çempionatıdır. == Altılıq mərhələsi == Yekun cədvəli 1–6-cı yerlər uğrunda 1. "Neftçi" 20 10 6 4 32–20 36 2. "Xəzri" 20 8 9 3 22–14 33 3. "Kəpəz" 20 9 5 6 34–21 32 4. "Turan" 20 9 3 8 26–30 30 5. "Qarabağ" 20 4 9 7 25–26 21 6. "Kür-Nur" 20 1 4 15 12–46 7 7–11-ci yerlər uğrunda 7. "Bakı fəhləsi" 16 9 2 5 26–18 29 8. "Viləş" 16 9 1 6 26–29 28 9.
Azərbaycan Top Liqası 1996/1997
Azərbaycan Premyer Liqası 1996/1997 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 6-cı Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 1997/1998
Azərbaycan Premyer Liqası 1997/1998 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 7-ci Azərbaycan çempionatıdır. == Xarici keçidlər == 1997/1998 mövsümü PFL.az saytında (az.) Azərbaycan futbolunun "Yenilməz Armada"sı — "Kəpəz" necə məğlubiyyətsiz çempion oldu?
Azərbaycan Top Liqası 1998/1999
Azərbaycan Premyer Liqası 1998/1999 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 8-ci Azərbaycan çempionatıdır. == Altılıq mərhələsi == 1–6-cı yerlər uğrunda 1. "Kəpəz" 10 8 1 1 17–7 25 2. "Şəmkir" 10 5 1 4 10–10 16 3. "Neftçi" 10 4 3 3 11–7 15 5. "Qarabağ" 10 3 3 4 5–8 12 4. ANS-Pivani 10 2 3 5 5–8 9 6. "Dinamo" (B) 10 2 1 7 6–14 7 7–10-cu yerlər uğrunda 7. "Turan" 6 4 2 0 17–6 14 8. "Viləş" 6 2 3 1 16–12 9 9.
Azərbaycan Top Liqası 1999/2000
Azərbaycan Premyer Liqası 1999/2000 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 9-cu Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 2000/2001
Azərbaycan Premyer Liqası 2000/2001 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 10-cu Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 2001/2002
Azərbaycan Premyer Liqası 2001/2002 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 11-ci Azərbaycan çempionatıdır. Çempionatın 2-ci mərhələsində klublar və AFFA arasında yaranan münaqişəyə görə çempionat yarımçıq dayandırılmış və klublarımız Avropa klub turnirlərinə buraxılmamışdır. Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbüsü ilə çempionatı davam etdirib. Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin hissə qeyri-rəsmi qalıb. Çünki AFFA, PFL, UEFA və FİFA bu nəticələri tanımayıb.
Hop-hop
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.