XUDPƏSƏND

sif. [ fars. ] Özünü çox bəyənən, özündən çox razı; lovğa, xudbin.
Qənbərin bu sözləri məğrur və xudpəsənd Varisdə böyük bir maraq oyatdı. A.Şaiq.
Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi. Ə.Məmmədxanlı.

// İs. mənasında.
Öz halını düşünmə tez, xalqın üçün külüng vur; Qeyrətsizi, xudpəsəndi tarix haqlı unudur. S.Vurğun.
[Aydın:] Xudpəsənd öz canının dərdinə qalıbmış. H.Seyidbəyli.

Синонимы

  • XUDPƏSƏND xudpəsənd bax xudbin
  • XUDPƏSƏND bax: xudbin

Этимология

  • XUDPƏSƏND Fars sözüdür: xud –“öz” deməkdir, pəsənd isə “bəyənən”, “özünü bəyənən” (eqoist) deməkdir. (Bəşir Əhmədov
XUDMANİ
XUDPƏSƏNDLİK

Значение слова в других словарях