1. Xəbər gətirən, müjdəçi.
Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin.
2. Xəbərçilik edən, xəbərçiliklə məşğul olan; çuğul, donosçu; adamsatan. Xəbərçi yalançı olar, yalançı xəbərçi. ( Ata. sözü ).
Onun tərəfindən olun arxayın; Yoxdur kəndimizdə xəbərçi, xayın.
[Qızıl Arslan Toğrula göndərdiyi məktubda] Rəiyyətinə o qədər adil və mehriban olmalısan ki, ətrafında casus, xəfiyyə və ya xəbərçilər saxlamağa ehtiyac qalmasın.