1. XƏBƏRÇİ (xəbərçilik edən) [Qönçə Qəndaba:] Xəbərçinin biri, çəkil get! (B.Bayramov); AĞZIDAĞINIQ Heydər bəy: A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir (M.F.Axundzadə); ÇUĞUL Gəzir könülləri söz yaza-yaza; Çuğul xəbər verir bunu knyaza (S.Vurğun); DONOSBAZ Qeyrətli donosbazlarımız işi bacararkən; Tənbəl, dəli şeytanları neylərdin, ilahi!? (M.Ə.Sabir); ADAMSATAN, ÇUĞULÇU.
2. xəbərçi bax müjdəçi