XƏLƏC

xələc qatmag:
(Quba)
ara vurmaq, ara qarışdırmaq. – Unun xələc qatmağ adətidü, unsuz dayanammaz
XƏLBİRƏK
XƏLƏT
OBASTAN VİKİ
Xələc
== Digər == Xələc dili — Türk dillərinin Arqu qrupuna daxil olan dil. Xələclər — İranda, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalq. Xələc yaşayış yeri — Şərur rayonunda arxeoloji abidə. Xələclər sülaləsi — 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Xələc etrapı — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. == Qəsəbələr == Xələc — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Xələc etrapının inzibati mərkəzi. == Kəndlər == === Azərbaycan kəndləri === Xələc (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xələc (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Xələc (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Xələc (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Parça Xələc
Parça Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Xələc (Heris)
Xələc (fars. نخلج‎) — İran İslam Respublikasının Şərqi Azərbaycan ostanının Heris şəhristanının Şərqi Bədəvistan bəxşində kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (29 ailə).
Xələc (Qafan)
Xalac (erm. Խալաջ; hal-hazırkı adı: Atçanan; erm. Աճանան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması. == Tarixi == Xalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, ındi Qafan rayonunda kənd.Rayon mərkəzindən şimal-şərqdə Xalacçayın sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xalac qədim türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 23 nəfər, 1873 - cü ildə 34 nəfər, 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 329 nəfər, 1904 - cü ildə 319 nəfər, 1914 - cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar.
Xələc (Qubadlı)
Xələc — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Xələc kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Oykonim Səlcuqoğlu tayfa birliyinə daxil olmuş xələclərin adından yaranmışdır. Yaxın Şərqin işğallarında (XII—XVIII əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də İranda və Türkmənistan ərazisində yaşayırlar. == Abidələri == ХV—ХVI əsr Məscidin qalıqları == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 60 evdə 308 şiə kürd yaşayırdı.
Xələc (Salyan)
Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Əvvəllər iki müstəqil kəndlərdən - Aşağı Xələc (1965-ci ildə Yenikənd) və Yuxarı Xələc (1965-ci ildən Xələc) ibarət olmuşdur. Mənbələrə görə, kəndin əhalisi XVIII əsrin 20-ci illərində Şamaxıdan köçüb gəlmişdır. Onlar əvvəllər köçəri həyat sürmüş, yazı Zəngəzurda, Üçtəpə yaylaqlarında, qışı Mil və Muğan düzlərində keçirmışlər.
Xələc (Ucar)
Xələc — Azərbaycan Respublikasının Ucar rayonunun Lək inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 749 nəfərdir. == Tarixi == Oykonimlər Səlcuqoğlu tayfa birliyinə daxil olmuş xələclərin adından yaranmışdır. Yaxın Şərqin işğallarında (XII-XVIII əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də İranda və Türkmənistan ərazisində yaşayırlar. == Din == Kənddə Xələc kənd məscidi dini icması fəaliyyət göstərir.
Xələc (Urmiya)
Xələc (fars. ‎‎‎حلج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,088 nəfər yaşayır (177 ailə).
Xələc (Şahindej)
Xələc (fars. خلج‎‎‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanının Kəşavərz bəxşində kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (14 ailə).
Xələc (Şərur)
Xələc — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonununda kənd. == Toponimikası == Oronim Səlcuq oğuzlarının Xələc tayfasının adını əks etdirir. Kəndin adı bu ərazidəki dağın adı ilə bağlıdır. == Tarixi == 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1431 nəfərdir. (2009-cu il) == İstinadlar == == Ədəbiyyat == Əliyev N.H.,Хələc Eneolit yaşayış yeri,Azərbaycan ali məktəb aspirantlarının VIII elmi konfransı(tezislər).Bakı.1985, Сейидова А.Г.,Памятники куро-аракской культуры Нахичевани,Б.1993.
Xələc (Ərdəbil)
Xələc (fars. خلج‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (4 ailə).
Xələc dili
Xələc dili — İranda və Əfqanıstanda danışılan türk dillərindən biri. 2017-ci il siyahıyaalınmasına görə, 52 800 nəfər bu dildə danışır. Dil böyük ölçüdə farslaşdırılmışdır. == Coğrafi paylanma == Xələc dili əsasən İranın Mərkəzi vilayətlərində danışılır. Xələc dilinin əsas olaraq şimal və cənub dialektlərinə ayrılır. Bu dialektlərdə ayrı-ayrı kəndlərdə və danışan qruplarında müxtəlif nitq nümunələri var.
Xələc etrapı
Xələc etrapı (türkm. Halaç etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Xələc qəsəbəsidir.
Baş Xələc (Həştrud)
Baş Xələc (fars. باش خلج‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (26 ailə).
Xələc-i Kürd
Xələc-i Kürd (fars. خلج كرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xələc-i Əcəm
Xələc-i Əcəm (fars. خلج عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xələc yaşayış yeri
Xalac yaşayış yeri — Şərur rayonunun Xələc kəndindən 200 m cənubda, Araz çayının sol sahilində, eyni adlı dağın şimal yamacında yerləşən Eneolit dövrünə aid yaşayış yeri. Bütövlükdə Xələc yaşayış yeri e.ə. IV-III minillikləri əhatə edir.Xələc yaşayış yeri burada açılan mərmər daş karxanasında gedən işlər zamanı dağıdılmışdır. Onun salamat qalmış hissəsinin sahəsi 0,5 hektardır. Abidədən toplanan yerüstü materiallar boz və çəhrayı rəngli gil qab parçalarından, əmək alətlərindən ibarətdir. Xələc yaşayış yerində 2009-cu ildə Abbas Seyidov və Vəli Baxşəliyevin rəhbərliyi ilə arxeoloji qazıntı aparılmışdır. Məlum olmuşdur ki, burada insanlar son eneolit dövründən məskunlaşmışdır. Yaşayış yerindən aşkar olunan keramika özünəməxsus xüsusiyyətlərinə görə "Xalac keramikası" adlandırılmışdır. Boyalı qabları ilə fərqlənən "Xalac keramikası" Yaxın Şərq və Şərqi Anadolu ilə sıx əlaqələr şəraitində inkişaf etmişdir. Yerli əhali Xələc abidəsinin yerləşdiyi ərazidən qəbiristanlıq kimi istifadə edərkən ətrafa çoxsaylı maddi mədəniyyət nümunələri səpələnmişdir.
Xələc-i Kürd (Şot)
Xələc-i Kürd (fars. خلج كرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xələc-i Süfla (Miyanə)
Xələc-i Süfla (fars. حلاج سفلي‎) və ya Aşağı Xələc — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 305 nəfər yaşayır (57 ailə).
Xələc-i Ülya (Miyanə)
Xələc-i Ülya (fars. گوگرچين لو‎) və ya Yuxarı Xələc — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə nəfər yaşayır ( ailə).
Xələc-i Əcəm (Şot)
Xələc-i Əcəm (fars. خلج عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xələc (Mahnişan)
Xələc (fars. خلج‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 421 nəfər yaşayır (97 ailə).
Xələcan (Təbriz)
Xələcan (fars. خلجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6,354 nəfər yaşayır (1,679 ailə).
Xələcdağ
Xələcdağ — Şərur rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Araz çayının sol sahilində, Xələc kəndindən 1 km cənub-qərbdə dağ (hünd. 813,8 m). Üst Permin Culfa və Dərəşam regiomərtəbələrinə aid Axura lay dəstəsinin terrigen-karbonat çöküntülərindən təşkil olunmuş submeridional istiqamətli yastı təpəli yüksəklikdir. Hər tərəfdən Üst Pleystosenin allüvial-prolüvial çöküntüləri ilə əhatə olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinə aid Dəhnə-Vəlidağ qalxımının cavan çöküntülərlə örtülmüş ucqar cənub qanadında yerləşir.
Xələclər
Xələclər – İranda, Əfqanıstanda, Türkmənistanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalqı. Dilləri Altay dil ailəsinin Türk dilləri qrupunun Arqu yarımqrupuna aiddir. İrandan başqa yaşadıqları ölkələrdə digər xalqlar arasında assimilyasiyaya uğramışlar. Hazırda İranda xələclərin böyük əksəriyyəti azərbaycanlılar ilə qarışsa da, az bir qismi öz dillərini məişət səviyyəsində qorumuşdur. İranın Mərkəzi və Qum ostanlarında yaşayırlar.Xələclər Astara rayonunun Şahağac kəndində yaşayırlar. Məsud Məmmədov namizədlik dissertasiyasını Xələc dilinə həsr etmişdir. Xələclər buraya Şandermandan gəlmişlər. == Adı mənşəyi == Divanü Lüğat-it-Türkdə boy adı belə izah edilir; "….. İyirmi ikilər onlara türkcə "qal ac" deyərlər, "ac qal" deməkdir. Sonradan bunlara "Xalaç" deyilmişdir; əsilləri budur."Oğuzlar və qıpçaqlar "x"-nı "k"-ya tərcümələr.
Xələclər sülaləsi
I Xələclər sülaləsi 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Sultan Cəlaləddin Firuz şah (1292–1296) Sultan Rüknəddin İbrahim şah (1296) Sultan Əlaəddin Məhəmməd şah (1296–1316) Sultan Şihabəddin Ömər şah (1316) Sultan Qütbəddin Mübarək şah (1316–1320)II Xələclər sülaləsi 1436-cı ildən 1531-ci ilədək Malvada (Mərkəzi Hindistanda) hökmranlıq etmiş türk xanədanıdır. Bu sülalədən ikinci Dehli sultanları çıxmışdır. Bu soydan biri, Mahmud xan Malvanın sonuncu Quri sultanı Məsud xanın vəziri idi. O, 1436-cı ildə öz bacarıqsız hökmdarını devirib taxt-taca yiyələndi. Onun törəmələri uzun illər Mərkəzi Hindistanı idarə etdilər.

Значение слова в других словарях

включи́ть вы́остриться города-побрати́мы жира́нт истра́чивать ля́хи принайто́вить разрои́ть уху́дшить заштрихова́ть лазу́тчик леги́рованный неконтроли́руемость синкрети́чность удали́ться abjurer bedight converter decouple heath grass выплакать мозговой пересоздавать песчаный соната